Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lionel Messinin yeni klubu məlum olub
Lionel Messinin yeni klubu məlum olub

İspaniyanın “Barselona” komandası ilə yollarını ayıran Argentina millisinin futbolçusu Lionel Messi Fransanın “Pari Sen-Jermen” klubu ilə saziş imzalayacaq.

“Report” xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Məlumata görə, argentinalı hücumçu yeni klubla 3 illik saziş imzalayacaq və illik 40 milyon avro qazanacaq.

Messinin təmsilciləri və PSJ klubunun rəsmiləri bazar günü bir araya gələrək, transferi rəsmiləşdirəcəklər.

Qeyd edək ki, Argentina millisinin futbolçusu "Barselona ilə yollarını ayırıb. Klub İspaniya çempionatının maliyyə qaydalarına görə 34 yaşlı futbolçu ilə yeni müqavilə bağlaya bilməyib.

Messi 2003-cü ildən "Barselona"da çıxış edirdi. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »