Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrell: "ABŞ-ın kömək etmədiyi müddətdə USQ-in müdafiə qabiliyyəti xeyli azalıb"
Borrell: "ABŞ-ın kömək etmədiyi müddətdə USQ-in müdafiə qabiliyyəti xeyli azalıb"

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel hesab edir ki, Amerikanın Kiyevə yardımının gecikməsi səbəbindən Ukrayna Silahlı Qüvvələrinin (USQ) müdafiə qabiliyyəti xeyli azalıb.

Bizimyol.info xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Madriddə təşkil edilən konfransda bildirib.

“Təəssüf ki, Birləşmiş Ştatlar Ukraynaya döyüş sursatlarının verilməsinə altı aylıq fasilə verdi. Bu altı ay kritik oldu, Ukrayna ordusunun müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə azaldı. Lazım olan silah və sursatlar davamlı olar çatdırılsaydı, müharibə bölgəsindəki bu günkü çətinlik baş verməzdi”, - qeyd edib.

Aprelin 24-də ABŞ prezidenti Co Bayden Ukraynaya ümumi dəyəri 61 milyard dollar olan silah tədarükünün bərpasına dair Konqres tərəfindən təsdiqlənən qanun layihəsini imzalayıb. Rusiya Xarici İşlər Nazirliyinin vurğuladığı kimi, Kiyevə hərbi yardımın göstərilməsi yalnız münaqişənin həllini çətinləşdirir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »