Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zalujnı Ukraynanın Britaniyadakı səfiri təyin edilib
Zalujnı Ukraynanın Britaniyadakı səfiri təyin edilib

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı Ukraynanın Böyük Britaniyadakı səfiri təyin edib.

Bizimyol.info xəbər verir ki, bu barədə dövlət başçısının 9 may tarixli 316/2024 nömrəli fərmanında deyilir.

“Valeri Fedoroviç Zalujnı Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - deyə fərmanda qeyd edilir.

Ukrayna mətbuatının verdiyi məlumata görə, bir müddət əvvəl Vladimir Zelenski Valeri Zalujnını hərbi xidmətdən azad edən fərman imzalayıb. Martın əvvəlində prezident Valeri Zalujnının Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsinə təyin edilməsi üçün namizədliyini razılaşdırdığını bəyan edib.

Fevralın 8-də Zelenski Zalujnı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edib. Prezident qərarının səbəbləri arasında yay əks-hücumunun uğursuzluğunu, bundan sonra cəbhədə vəziyyətin tədricən “durğunluğunu” və nəticədə dəyişikliklərə ehtiyac olduğunu göstərib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »