Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya hərbçiləri və sərhədçiləri Ermənistanın bəzi rayonlarından çıxarılır
Rusiya hərbçiləri və sərhədçiləri Ermənistanın bəzi rayonlarından çıxarılır

Rusiya hərbçiləri və sərhədçiləri 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsindən sonra Ermənistanın yerləşdikləri rayonları tərk edəcəklər.

Bizimyol.info xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyanın parlamentdəki “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konciryan “Facebook” səhifəsində yazıb.

“Əldə edilən razılaşmaya əsasən, 44 günlük müharibə (2020-ci ildə Dağlıq Qarabağda münaqişə) zamanı və ondan sonra Tavuş, Sünik, Vayots Dzor, Geqarkunik və Ararat vilayətlərində yerləşən Rusiya sərhəd və hərbi məntəqələri fəaliyyətini dayandıracaq və bu postları tərk edəcək. Zvartnots hava limanında Rusiya sərhədçilərinin fəaliyyətinin dayandırılması qərarı da ən yüksək səviyyədə bəyənilib”, - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »