Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Rusiyanın Belqorod şəhərini vurub
Ukrayna Rusiyanın Belqorod şəhərini vurub

Rusiya ilə Ukrayna arasında münaqişələr davam edir.

Bizimyol.info xəbər verir ki, Ukrayna növbəti dəfə Rusiyanın sərhəd şəhəri Belqorodu hədəfə alıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov açıqlamasında bildirib ki, hava hücumu nəticəsində 11 yaşlı qız da daxil olmaqla 8 nəfər yaralanıb. Şəhərdəki 19 çoxmənzilli binada 34 mənzilin zərər gördüyünü deyən Qladkov hücum nəticəsində 37 avtomobilin də zərər gördüyünü bildirib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, hava hücumundan müdafiə sistemlərinin "RM-70" reaktiv yaylım atəş sistemi ilə atılan 15 raketlə bir pilotsuz uçuş aparatını məhv etdiyi qeyd edilib.

Açıqlamada, həmçinin Ukrayna sərhədinə yaxın Kursk bölgəsində 3, Bryansk bölgəsində isə 2 pilotsuz uçuş aparatının vurulduğu bildirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »