Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail bildirib ki, HƏMAS məhv edilənə qədər döyüşləri davam etdirəcək
İsrail bildirib ki, HƏMAS məhv edilənə qədər döyüşləri davam etdirəcək

İsrail Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatını məhv edənə qədər hərbi əməliyyatını davam etdirmək niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Qatz deyib.

“İsrail HƏMAS məhv edilənə qədər döyüşləri davam etdirəcək. Bundan daha ədalətli müharibə yoxdur. İndi dayanmaq hər şeyi yarımçıq buraxmaq və yenidən başlayacağını gözləmək olar. Biz mübarizəni sona qədər davam etdirmək və dövlətimizin təhlükəsizliyini təmin etmək niyyətindəyik”, - deyə o, "X" sosial platformasındakı səhifəsində yazıb.

2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumundan və insanları girov götürdükdən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb.

2023-cü ilin noyabr ayının sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar atəşkəs yaradılıb və bu müddət ərzində İsrailin məlumatına görə, 110 girov azad edilib.

Dekabrın 1-də atəşkəs pozulub, döyüşlər yenidən başlayıb və bu gün də davam edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »