Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı alimin Avropada yeni uğuru
Azərbaycanlı alimin Avropada yeni uğuru

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev yeni bir elmi uğura imza atıb. Onun

COVID-19 ilə bağlı növbəti elmi tədqiqatı son illər elmi arenada xüsusi yer qazanmış "PlosOne" jurnalında çapa qəbul edilib.

“İdeya müəllifi olduğum tədqiqatda ürəyin koronar (tac) arteriyalarının kirəcləşməsinin/kalsifikasiyasının COVID-19-un ağır kliniki gedişatındakı vacib rolu sübut edilir.

"Coronary artery calcification on low-dose chest CT is an early predictor of severe progression of COVID-19 – a multi-center, multi-vendor study" adlı tədqiqatımız COVID-19-da süni intellektin rolunu göstərən digər proyektimizin tətbiqini daha da tezləşdirəcək. Böyük uğurlara az qaldı”,- deyə alim bildirib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »