Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gizli qəhrəmanlar”: Onlar hələ də sərhədə yardım daşıyırlar - Fotolar
“Gizli qəhrəmanlar”: Onlar hələ də sərhədə yardım daşıyırlar - Fotolar

Onu çoxları mediaya verdiyi açıqlamalardan sadəcə, əmlak eksperti Elnur Fərzəliyev kimi tanıyır.

Telekanallarda elə bu sahə üzrə özünün müəllifi olduğu bir proqamı da vardı. Yəni hamıya tanış, hamıya doğmadır əslində. Amma onun böyük ürəyini, xeyriyyəçiliyni heç də hamı bilmir.

Elnur Fərzəliyev, cəbhəyə yardım kampaniyası

Elnur Fərzəliyevin 44 günlük əməliyyatlar zamanı övladları əsgər getmiş imkansız ailələrə etdiyi yardımlarla tanıdım. Hər gün usanmadan ən az 15-20 ailəyə yardıma gedir, topladığı maddi dəstəyi, bazarlığı ev- ev, qapı qapı paylayırdı. Həm də yalnız şəhərin mərkəzində yox, Bakının ətraf kənd və qəsəbələrində, ucqar rayonlarda. Tanıdığı, etibar etdiyi adamlardan yaşadıqları ərazidə köməyə ehtiyacı olub-olmayanlar barədə məlumat toplayır, sonra Xızır kimi o insanların köməyinə qaçırdı. Neçə gözüyaşlı anaya dəstək olub, yüzlərlə insanı sevindirib.

Elnur Fərzəliyev, cəbhəyə yardım kampaniyası

“Gözünüz arxada qalmasın” şüarı altında təşkil edilmiş kampaniya çərçivəsində həmvətənlərimizin də qoşulması ilə neçə-neçə ailəyə yardım edildi, kömək duruldu. Bütün bu işlərin başında da o dayanırdı.

Mərhəmət, vətənpərvərlik duyğusu ürəkdə olanda o, kampaniya xarakteri daşımır. Döyüşlər bitib, eyforiya sakitləşəndən sonra bir çoxları etdikləri yardımlardan əllərini-ətəklərini kəssələr də, Elnur Fərzəliyev yenə də əsgər qardaşlarımızın yanındadır. İndi də dost-tanışları ilə, özü kimi böyük ürəkli adamlarla cəbhə xəttindəki əsgərlərimizi düşmən gülləsindən qorumaq üçün köhnə avtomobil şinləri toplayıb sərhəd bölgəsinə göndərir.

Elnur Fərzəliyev, cəbhəyə yardım kampaniyası

“Bu təkərlər hansısa əsgəri yaralanmaqdan, ölümdən qoruyur. Savaş bitsə də, buna ehtiyac var. Dostlar sağ olsunlar, toplanıb edirik. Elnur dostumuz bir xeyriyyə cəmiyyəti açmışdı. Elə hamımız birləşib dedik, bizim də payımız olsun”. Başqa bir söz demək istəmir, bu təvazökar insan. Amma öyrənirik ki, Bakıdan şinlərlə dolu TIR-lar düşmənlə sərhəddə yerləşən rayonlara səfər üçün 400 manat tələb edir. Getmişkən əliboş getmək olmaz” deyən xeyriyyəçilər də, əsgərlərə lazım olan ərzaq, siqarət, meyvə, şirniyyat qutularını da yükləyib elə yola salırlar. Və bu həftədə bir neçə dəfə təkrarlanır. Onlar arxa cəbhənin təmənnasız və gözəgörünməz qəhrəmanlarıdırlar.

Elnur Fərzəliyev, cəbhəyə yardım kampaniyası

Elnur Fərzəliyev Qarabağda tikiləcək “Xarı Bülbül” mədəniyyət mərkəzinin layihəsini də hazırlayıb , əlaqədar qurumlara təqdim edib. Layihə Mədəniyyət və İqtisadiyyat Nazirlikləri tərəfindən bəyənilib. Onun komplektləşdirilmiş kəndlər və torpaqların təyinatına görə istifadə edilməsi barədə təklifi də qəbul olunub və artıq reallaşdırılmaq üzrədir. Elnur bəy deyir ki, Qarabağın abadlaşadırılması işində də canla-başla iştirak etməyə hazırdır. İstər ekspert kimi fikirləri ilə, istərsə də adi bir vətəndaş olaraq daş daşımağa belə hazırdır.

Elnur Fərzəliyev, cəbhəyə yardım kampaniyası

Təki uğrunda qanlar tökülmüş bu vətən cənnət olsun, bir daha düşmən əlinə keçməsin.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »