Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistan və İran ABŞ-ın xəbərdarlığına baxmayaraq qaz kəmərini tamamlayacaq
Pakistan və İran ABŞ-ın xəbərdarlığına baxmayaraq qaz kəmərini tamamlayacaq

Pakistan baş nazirinin müavini və Xarici İşlər Nazirliyinin rəhbəri İshaq Dar ABŞ-ın xəbərdarlığına baxmayaraq, İranla "Sülh" qaz kəmərinin tamamlanacağına əminliyini ifadə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Dawn" qəzeti Darın İslamabadda mətbuat konfransındakı çıxışına istinadən məlumat verib.

“Birləşmiş Ştatlar Pakistan-İran qaz kəməri layihəsini dəstəkləmədiyini bildirib və Tehranla iş apararkən sanksiyalar riski barədə xəbərdarlıq edib. Biz ABŞ və ya digər ölkələrin nə deməsindən asılı olmayaraq öz maraqlarımızı rəhbər tutmalı və onlara uyğun hərəkət etməliyik”, - deyə baş nazirin müavini qeyd edib.

"Pakistan heç bir diktəyə tabe olmayacaq. Pakistan suveren dövlətdir, biz digər ölkələrin suverenliyinə hörmət edirik və onlardan Pakistanın suverenliyinə hörmət etmələrini gözləyirik", - deyə vurğulayıb.

Bundan əvvəl Pakistan hökuməti İran prezidenti İbrahim Rəisinin aprel ayında İslamabada rəsmi səfərini yüksək qiymətləndirib, səfər zamanı geosiyasi problemlərə və mümkün Amerika sanksiyalarına baxmayaraq, Mir qaz kəmərinin tikintisinin başa çatdırılması müzakirə edilib.

Aprelin 23-də ABŞ Pakistana İranla iqtisadi əməkdaşlığının nəticələri barədə xəbərdarlıq edib. Dövlət Departamentinin sözçüsü açıq şəkildə bildirib ki, bu cür hərəkətlər “Amerika sanksiyalarının potensial riski”ni yaradır.

İranla razılaşmaya əsasən, Pakistan 2015-ci ilin yanvar ayına qədər boru kəmərinin öz hissəsini tikməyi öhdəsinə götürüb, lakin ABŞ-ın Tehrana qarşı sanksiyaları və Vaşinqtonun kəmərin tikintisinə icazə verməməsi səbəbindən onun tikintisi tamamlanmayıb. Aprelin əvvəlində Pakistan bu qaz arteriyasının tikintisi və istismara verilməsində gecikmələrə görə beynəlxalq arbitraj məhkəməsinin 18 milyard dollarlıq cəriməsindən yayınmaq üçün Qvadar (cənub-qərbi Bəlucistan əyaləti) şəhərindən İran sərhədinə qədər qaz kəmərinin öz hissəsinin tikintisinə başlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »