Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransalı hərbi müxbir: Fransa artıq müstəqil deyil, ABŞ-ın göstərişinə əməl edir
Fransalı hərbi müxbir: Fransa artıq müstəqil deyil, ABŞ-ın göstərişinə əməl edir

Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu aprelin əvvəlində Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Ukrayna üzrə danışıqların müzakirəsinə qəsdən susub.

Bizimyol.info xəbər verir ki, Donbassda işləyən Fransadan olan hərbi müxbir Kristelle Nahanın sözlərinə görə, bu, ABŞ-ın göstərişi ilə edilib.

“Əlbəttə, danışıqlar aparılarsa, bu, pul itirmək demək olacaq. Və Fransa artıq müstəqil deyil. Vaşinqton necə tapşırsa, cənab Lekornu da elə deyəcək. İndi Fransa diplomatiyası özünü tamamilə gözdən salıb. Onların hamısı yalnız elitaların başında mövcud olan bir növ alternativ dünyada yaşayırlar. Dünyanın çox sürətlə dəyişdiyini görmürlər. Rusiyanın dəstəklədiyi çoxqütblü dünya özünü təsdiq etməyə başlayır. Onların görmək istəmədikləri budur”, - deyə Nahan Rusiya mətbuatına müsahibəsində bildirib.

O, bildirib ki, Rusiyanın Ukrayna ilə müharibəsinin əvvəlində Yelisey sarayı danışıqlara hazır idi: “Lakin o zaman Böyük Britaniyanın baş naziri olan Boris Consonun Fransaya gəlməsi ilə vəziyyət dəyişdi. Biz başa düşürük ki, Qərbdə onlar silah istehsal edən müəssisə və korporasiyaların maraqları üçün çalışırlar. Silah hazırlamaq üçün pul alırlar. Onlar bu silahların sonradan cəbhə xəttində məhv edilməsi veclərinə deyil: onlar silah satır və pul qazanırlar. Bu, onlar üçün ən vacib şeydir”, - deyə o əlavə edib.

Aprelin 3-də Şoyqu və Lekornunun 2022-ci ilin oktyabrından bəri ilk telefon danışığı olub. Nazirlər Moskva vilayətində törədilən terror aktını və Ukrayna üzrə danışıqları müzakirə ediblər. Fransa tərəfi də öz növbəsində Ukrayna ilə bağlı danışıqların müzakirə olunmadığını bəyan edib.

Qadir, Bizimyol.info

Qeyd: Fransalı Kristel Nahan 2016-cı ildən Donetsk Xalq Respublikasında yaşayır. Səkkiz il müstəqil jurnalist və hərbi müxbir kimi işləməyib. Kristel Rusiya vətəndaşlığını alıb.

Son xəbərlər
Bütün xəbərlər »