Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaqatala prokurorluğu kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb
Zaqatala prokurorluğu kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Bizimyol.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

İlkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Son xəbərlər
Bütün xəbərlər »