Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: Bayden səriştəsizliyinə görə Rusiya və Çin liderləri ilə işləyə bilmir
Tramp: Bayden səriştəsizliyinə görə Rusiya və Çin liderləri ilə işləyə bilmir

"ABŞ prezidenti Co Bayden Rusiya, Çin və ya KXDR liderləri ilə münasibət qurmağın öhdəsindən gələ bilməyəcək".

Bizimyol.info xəbər verir ki, bu fikirləri keçmiş prezident Donald Tramp çərşənbə axşamı "WGAL"a müsahibəsində bildirib.

“O, bacarıqsızdır və nə etdiyini bilmir. O, Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinpinq və ya Şimali Koreya lideri Kim Çen Inla iş apara bilmir. O, onların öhdəsindən gələ bilməyəcək. Heç onun kim olduğunu da anlamır”, - deyə qeyd edib.

Tramp əlavə edib ki, Bayden ABŞ-da “demokratiya üçün təhlükədir”. O, 2020-ci il prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığına əmin olduğunu bildirib. “Ədalətli və azad seçkilər lazımdır. Əgər bunlar yoxdursa, o zaman nəticələrə etiraz etmək hüququ olmalıdır. Əgər seçkiyə etiraz edə bilməsəniz, daha seçkilər və demokratiya olmayacaq”, - Tramp deyir.

ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər nümayəndənin dəstəyini qazanıb.

Beləliklə, dörd il əvvəl Bayden ən yüksək dövlət vəzifəsinə yenidən seçilmək istəyən Trumpı məğlub etdiyi zamanda olduğu kimi mübarizənin eyni namizədlər arasında gedəcəyi proqnozlaşdırıla bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »