Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: "Başqa ölkələrdəki həbsxana və ruhi xəstəxanalardan qaçanlar ABŞ-a axışır"
Tramp: "Başqa ölkələrdəki həbsxana və ruhi xəstəxanalardan qaçanlar ABŞ-a axışır"

"Birləşmiş Ştatlar sərhədini keçən sənədsiz miqrantlar arasında digər ölkələrin həbsxanalarında və ya ruhi xəstəxanalarda saxlanılanlar da var".

Bizimyol.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp çərşənbə axşamı "WGAL"a müsahibəsində deyib.

"Onlar - indiki Amerika administrasiyası qərara gəliblər ki, dünyanın hər yerindən insanların ölkəmizə daxil olmasına icazə verən açıq sərhədlərə ehtiyacımız var: Öz ölkələrindəki həbsxanalardan, psixiatrik xəstəxanalardan qaçanların hamısını ABŞ-a gəlir, biz də onları qəbul edirik", - deyə Tramp qeyd edib.

Eyni zamanda Tramp etiraf edib ki, immiqrantlar arasında ABŞ-a fayda gətirən insanlar da var.

Keçmiş Amerika lideri müntəzəm olaraq ABŞ-ın hazırkı prezidenti Co Baydenin immiqrasiya siyasətini tənqid edərək, bunun ölkəni “dünyanın qalan hissəsi üçün zibilxanaya” çevirdiyini iddia edir. Tramp həmçinin noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ sərhədini qeyri-qanuni miqrantlar üçün bağlayacağını vəd edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »