BOS-un rəsmi “Facebook” səhifəsində stadiona gəliş-gediş sxemi təqdim edilib.
Bildirilir ki, arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən, çıxış zamanı isə tmaşaçılar üçün ayrılmış xüsusi avtobuslara getmək lazımdır.
Həmçinin İctimai Dayanacağa getmək üçün N qapısında yerləşən Şimal körpüsündən, metronun “Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir.
Heydər Əliyev prospektində yerləşən İctimai Dayanacaq oyuna 3 saat qalmış açıq olacaq.
Qeyd edək ki, sabah BOS-da təşkil olunacaq matç saat 21:00-da start götürəcək.