Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"AZAL parçalanmasa, tənqid fayda verməyəcək"
"AZAL parçalanmasa, tənqid fayda verməyəcək"

Dünən “Azərbaycan Hava Yolları” ( AZAL) Qapalı Səhmdar Cəmiyyəti İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Uzun müddətdir AZAL-ın tətbiq etdiyi baha bilet qiymətləri və xidmətlər əhali arasında böyük narazılıqla qarşılanır. Bununla belə AZAL heç bir reaksiya vermədən işinə davam edir. Necə deyərlər "çax-çax baş ağrıdır, dəyirman öz işində". Şirkətin işi hətta dövlət başçısının da narazılığına səbəb olmuşdu və o bu barədə öz çıxışlarından biri zaman fikir səsləndirmişdi.

AZAL-ın İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi qiymətlərə təsir edəcəkmi? Bizimyol.info-nun sualını iqtisadçı Elçin Rəşidov cavablayır. AZAL-da Müşahidə Şurası yaradıldı,nəzarət də İnvestisiya Holdinqinə verildi. Qurumun gəlirləri və xərcləmələri baxımından nələr gözləməliyik?

Elçin Rəşidov Elçin Rəşidov

“ AZAL-ın problemi düzgün qoyulmalıdır. Onun əsasında çıxış yolu axtarılmalıdır. Əsas problem odur ki, AZAL-ın xidmətləri çox bahadır. Məsələn, bizdən İstanbula təyyarə qiymətləri Gürcüstanda, hətta Moskvadan İstanbula gediş-gəliş qiymətlərindən belə bahadır. Tək İstanbula deyil, bütün şəhərlərə. Yəni AZAL-ın qiymətləri bəzən Avropa hava limanlarında rast gəldiymiz qiymətlərdən belə bahadır. AZAL dövlət tərəfindən subsidiyalaşdırılır. AZAL olmasa, bizim daxili reyslərimiz olmaz. Daxili reyslərimizi qurmaq üçün AZAL bizə lazımdı. Amma qalan işlərdə o həm vətəndasşa, həm başqa təşkilatlara, həm də dövlətə maneəçilik yaradır. İstənilən halda AZAL-ın hava yolları kimi fəaliyyəti zərərlidir və onu başqa şirklətlər əvəz edə, aktivləri özəlləşdirilə, başqa qurumlarla əvəzlənə bilər. Əslində İnvestisiya Holdiniqinin özü də problemlərin mahiyyətini gizlədir. AZAL-ı tənqid edirik. Lakin bütün dövlət şirkətlərində belə problemlər var və tənqid etməklə düzələn deyil. AZAL həm də hava limanına sahibidir. Şaquli şəkildə ayrılma lazımdır. Hava limanı və AZAL bir-birindən ayrılmalıdır. Hava limanı AZAL-a tabedir deyə orada qiymətləri AZAL təyin edir, bu hava limanından digər yerli hava yolları ucuz qiymətə istifadə edə bilmirlər. Çünki bu AZAL-ın müəssisə maraqlarına uyğun gəlmir. AZAL parçalanmalıdır. İqtisadiyyat və Maliyyə nazirlikləri bu işdə düzgün iştirak etməlidirlər. Çox zaman problemin mahiyyətini gizlədirlər. İstənilən müəssisə xərcləri böyütməkdə maraqlıdır. Nazirliklər şəffaflıq tələb etməli, oyunun qaydalarını qoymalıdır. Nə qədər ki, əsas problem həll olunmayıb tənqid fayda verməyəcək”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »