Xüsusilə, əgər Ukrayna Rusiyanın hücumunun gəldiyi yerə girə bilmirsə, o zaman hansısa şəkildə cavab verməlidir, çünki gələcəkdə Kiyevə mümkün hücum Rusiya ərazisindən baş verəcək.
Bizimyol.info xəbər verir ki, Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Ukraynaya Qərb silahları ilə Rusiya Federasiyası ərazisində hücumlara başlamaq üçün icazənin verilməsinin nə üçün vacib olduğunu izah edib.
Diplomat bildirib ki, sual yaranır ki, Ukrayna Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etsin, ya yox. Borrell qeyd edib ki, belə bir təkliflə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq çıxış edib.
“Bəzi üzv ölkələr bu məsələ ilə bağlı qərarlar qəbul etməyə başlayıblar. İndi bunu müzakirə edə bilərlər. Bu, bu gün müzakirə ediləcək daha bir mühüm mövzudur”, - deyə Borrell bildirib.
Eyni zamanda ondan Ukraynanın Rusiya ərazisinə Qərb silahları ilə hücum etməsinə icazə verilməsinin vacib olub-olmadığını soruşulub. Borrelin cavab verib ki, müharibə qanunlarına görə, sizə qarşı vuruşan birinə qarşı döyüşə bilməkdə heç bir ziddiyyət yoxdur: “Əminəm ki, bəziləri eskalasiya riskini artıracaq, lakin biz eskalasiya riskini ukraynalıları qorumaq ehtiyacı ilə balanslaşdırmalıyıq. Çünki, əlbəttə ki, hücumların gəldiyi yerə gedə bilmirsinizsə, siz tamamilə asimmetrik vəziyyətdəsiniz və bu getdikcə həlledici olur, çünki Kiyevə hücumlar Rusiya ərazisindən gələcək”, - deyə Borrell vurğulayıb.
Ukrayna mətbuatının verdiyi xəbərinə görə, mayın 24-də NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynanın tərəfdaş ölkələri Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün öz silahlarından istifadəyə qoyulan qadağanı aradan qaldırmalıdır. Stoltenberq avropalıları artıq vəd edilmiş sursatların tədarükünü pozduqlarına görə də qınayıb.
Mayın 27-də NATO Parlament Assambleyası NATO üzvü olan ölkələrin hökumətlərini Ukraynaya Rusiya ərazisindəki qanuni hərbi hədəflərə Qərb silahları ilə hücum etməyə icazə verməyə çağırıb.
Qadir, Bizimyol.info