Azərbaycan Xalq Cəbhəsi dövrünü analiz edən zaman əsasən dövlətin rəsmi qəzeti sayılan "Azərbaycan" qəzetini əsas götürəcək, bu dövrdə ictimaiyyətlə əlaqələrin formalarını müəyyənləşdirəcəyik. Təbii ki, qəzetin müxtəlif saylarında yerləşdirilən elanlar, qərarlar, teleqraf xəbərləri, hökümətdən xəbərlər başlıqlı yazılarda ictimaiyyəti Dövlətin həyatında baş verən hadisələrlə yanaşı, gələcəkdə baş verə biləcək hadisələr haqqında da məlumatlandırma əsas məqsəd hesab edilirdi. Çünki, həmin dövrdə baş verən I Dünya Müharibəsi, Azərbaycan Xalq Cəbhəsinin yaxın müttəfiqi Osmanlının ağır məğlubiyyətləri, ingilislərin və almanların Bakıda o cümlədən Azərbaycan ərazisindəki fəaliyyəti, həmçinin dünya siyasi arenasındakı proseslər dövlətin gələcəyi və xalqın taleyinə birbaşa təsir göstərirdi. Hökumət ictimaiyyəti baş verə biləcək bütün proseslərə hazırlamağa çalışırdı. Bolşeviklərin, eser-menşevikləri və daşnakların maliyyəsi ilə işıq üzü görən media qurumlarında propoqandalar aparılır, əhalinin ictimai rəyini Azərbaycan Xalq Cəbhəsi hökumətinə qarşı çevirməyə çalışırdılar. Artıq ictimai rəyi düzgün formalaşdırmaq, milli dövlətçilik ənənələrini möhkəmləndirmək, bolşeviklərin mümkün müdaxiləsinin qarşısını almaq, erməni təcavüzçülərinə layiqli cavab vermək siyasi elitanın əsas hədəfinə çevrilmiş və bu istiqamətdə məlumatlar bölüşülürdü. Buna görə də Azərbaycan Xalq Cəbhəsi dövründə ictimaiyyətlə əlaqələrin siyasi qanadı daha çox inkişaf etmişdi. Biz siyasi qanad deyən zaman ümumi siyasi fikrin aşılanmasını yox hökumətlə xalqın kommunikasiyasını da nəzərdə tuturuq. Çünki Azərbaycan qəzetinin müxtəlif saylarına baxan zaman parlamentdə qəbul edilən qərarlar barədə nə qədər çox məlumat görürüksə, o qədər də digər hökümət idarələrinin gördüyü və görəcəyi işlər barədə məlumatlarla qarşılaşırıq. Bütün mənzərəni aydın görmək üçün "Azərbaycan" qəzetindən seçilmiş müxtəlif tip yazılara nəzər salmaq kifayət edir. Biz dövrün ictimaiyyətlə əlaqələr prosesini görmək üçün müxtəlif saylarda işıq üzü görmüş aşağıdakı yazıları şərh edəcəyik.
- Azərbaycan qəzetinin 3 oktyabr 1918-ci ildə çapdan çıxan 5-ci nömrəsində Azərbaycan Xalq Cəbhəsi dövründə ölkənin maliyyə naziri vəzifəsini icra edən Əbdüləli Əmircanov xalqın narahatlıqlarını və eyni zamanda gələcəyə doğru baş verə biləcək iqtisadi problemləri sezmiş buna uyğun ictimai rəy formalaşdırmaq üçün elan yerləşdirilməsini məqbul hesab etmişdir.
Elan: “Azǝrbaycan Cümhuriyyǝtinin Maliyyǝ Nazirliyi sabiq Dövlǝt Tǝsǝrrüf Kassasında ǝmanǝt, hesabati-cariyyǝ vǝ mühafizǝyǝ verilmiş ǝşya sahiblǝrinǝ vǝ ümumǝn müştǝrilǝrǝ elan edir ki, Azǝrbaycan Hökumǝti tǝrǝfindǝn, Bakıdan aparılmış hesabati-cariyyǝ ǝmanǝt vǝ ehtiyat sǝrmayǝlǝrinin (depozit) yenǝ Bakıya qaytarılması üçün ciddi tǝdbirlǝr görülǝcǝkdir. Binaileyh Azǝrbaycan Hökumǝti sabiq Dövlǝt Bankası xǝzinǝ vǝ tǝsǝrrüf kassaları müştǝrilǝrindǝn öz pullarını geri alanadǝk asudǝ gözlǝmǝlǝrini xahiş edir. Bundan ǝlavǝ, Maliyyǝ Nazirliyi hamı hökumǝt müǝssisǝlǝrinin fǝaliyyǝtinǝ başladıqlarını elan edib, camaatı yenidǝn öz qǝnaǝt vǝ azad mǝblǝğlǝrini banka vǝ kassalara vermǝyǝ dǝvǝt edir. Bu ǝmanǝtlǝrin gǝlǝcǝkdǝ qorunması mǝsuliyyǝti Azǝrbaycan Hökumǝtinin öhdǝsindǝ olacaqdır”
Elan başdan başa PR elementləri ilə qurulmuşdur. Biz o dövrdə nə qədər ictimaiyyətlə əlaqələr və kommunikasiya elmi, böhranın görülməsi və idarə edilməsi strategiyası olmayıb desək də, yazıda bunun tam əksini görürük. Maliyyə Nazirliyi hökumətə qarşı pullarını geri ala bilməyən insanların narazılığını önləmək və gələcəkdə depozit axınını təmin etmək üçün belə bir məlumatın paylaşılması yerində verilmiş qərardır. Dövlət ictimaiyyəti pulllarını və əmanətlərini geri almaları üçün səy göstərdiyini vurğulayır. Bu, həm məlumatlandırma, həm də qeyd etdiyimiz kimi birinci böhran halının qarşısının alınmasıdır. Narazı kütlə o dövr üçün arzuolunan deyildi. Ələxsus bolşevik və menşeviklərin yenidən vahid ideya altında birləşməyi təbliğ etdikləri bir dönəmdə ideoloji parçalanmanı tətikləyəcək hər hansı ünsür yolverilməzdir. İkinci böhran halı, iqtisadi vəziyyətlə bağlıdır. Çünki Dövlət Bankının fəaliyyəti üçün yerli əhalinin, neft maqnatlarının, təsərrüfat sahiblərinin o cümlədən xarici investorların yerləşdirəcəyi əmanətlər vacib idi. İctimaiyyətə ötrülən mesaj çox sadə va anlaşılandır. Müasir dövrdə belə bəzən bu tip məlumatları tapmaqda çətinlik çəkirik.
- Azərbaycan qəzetinin 27 noyabr 1918-ci il, 50-ci sayında Bakı şəhər idarəsinin rəisi İlyuşkinin şəhər əhalisinə müraciəti yayımlanıb. Bu, əslində müraciətdən daha çox baş vermiş böhranla bağlı ictimaiyyətin məlumatlandırılması və eyni zamanda inhisarçılıqla məşğul olanların cəzalandırılacağı mesajını verən bir press-relizdir. Press-relizi üç hissəyə bölə bilərik: birinci hissədə şəhər ərazisindəki böhranın baş vermə səbəbləri izah edilir və hökumətin böhranla bağlı atdığı addımlar qeyd edilir. İkinci hissədə alternativ həll yolu və problemin aradan qalxması üçün atılan ikinci addım qeyd edilir. Üçüncü hissədə isə baş verən qıtlığın inhisarçılıq tərəfi əhaliyə çatdırılır.
Elana nəzər salaq: “BAKI ƏHALİSİNƏ Bakı Şəhər İdarəsi çörək yoxluğunun səbəblərini göstərməyə özünü borclu bilir. Əvvəla, Türk Ordusunun Bakıdan köçməsindən naşi [ötrü> dəmiryolları yüklə dolmuşdur və ikinci olaraq Zaqafqaz dəmiryolu axırıncı yağışlardan çox zǝrǝr çǝkmişdir. Bu səbəbdəndir ki, dəmiryolları ilə ərzaq gətirmək çətinləşib, bu axırıncı həftədə taxıl heç gəlməmişdir. Tezliklə dəmiryolunun təmir edilməsi üçün Hökumət tərəfindən tədbirlər görülməkdədir. Bu yaxında Lənkəran və İran yolları dəxi açıldıqda, Bakı Şəhər İdarəsi yenə də bazarda çörəyin bollaşmasına ümid edir. Böylə müşkül halda camaatın imdadına yetişmək üçün Şəhər İdarəsi Ərzaq şöbəsi qabaqca hazırlanmış arpa ununu çörəkçilərə paylayıb, çörəyin girvənkəsini 2 manatdan satdırmaqdadır. Bu dükanlar siyahısı xüsusi elan olmuşdur. Şəhər İdarəsi əhaliyə müraciət edib, camaatın təşvişə düşməməsini rica edib, bu yaxında ərzaq qəhətliyinin aradan qaldırılacağına inandırır. Bununla belə Şəhər İdarəsi alış-verişçilərə öz vətəndaşlıq vəzifələrini unutmamalarını tövsiyə edib, məişətin bu çətin zamanında ərzağı gizlədib qiymətlərin bahalaşdırmamasını və hər bir növ ilə ərzaq yoxluğunun asanlaşdırılmasına səy etmələrini rica və təmənna edir”.
Mətndən də gördüyümüz kimi ictimai rəyin formalaşdırılması, böhranın idarə edilməsi baxımından mükəmməl bir açıqlama ilə Bakı şəhər idarəsi o dövr üçün kommunikasiya modelindən məharətlə istifadə edib.
Bu cür nümunələr "Azərbaycan" qəzetində kifayət qədərdir. Hökumət idarələrində məlumatın mediaya ötürülməsi əsasən katiblərə tapşırılıb. Onlar bəzən öz imzaları, bəzən də birbaşa bağlı olduqları rəhbərin imzası ilə mətbuatda informasiya büllitenlərini çap etdirirdilər. Təbii ki, bütün press-relizlər yuxarıda qeyd etdiyimiz formada deyil. Bugün də gördüyümüz, müxtəlif qrumların ictimaiyyətlə ələqələr şöbəsinin paylaşdığı "katirovka" sorğuları, tenderlər, görüş saatları, işəqəbul və s.ilə bağlı elanlar o dövr üçün də aktual idi. Bəzi nümunələri aşağıda qeyd edirik:
Elan: “7 milyon rublǝ istiqraz Bǝlǝdiyyǝnin maliyyǝ cǝhǝtcǝ işlǝri pǝk fǝna olduğu barǝsindǝ İdarǝ tǝrǝfindǝn dinlǝnib axırda qǝrar verildi ki, Türk Komandanlığından 7 milyon rublǝ Bǝlǝdiyyǝ mǝsarifi üçün istiqraz xüsusunda tǝşǝbbüsatda bulunulsun”.
(Bazar, 13 oktyabr 1918-ci il, nömrǝ 15)
Elan: “Heyəti-Vükəla Rəisi hər gün saat 12dən 2-yə kimi ərizə verənləri qəbul edir. Nazir həzrətlərinə xahişdǝ bulunmaq istəyən şəxslər, “Metropol” otelində 31-ci nömrədə növbəyə yazılmalıdır”.
(Bazar, 20 oktyabr 1918-ci il, nömrǝ 17)
Elan: “Edadi məktəblərin əlifba; birinci, ikinci şöbələri və sinifləri milliləşib ibtidai və aliibtidai məktəblərdən bu şöbə və siniflərə imtahan verərək şagirdlər qəbul olunacaq. Binaileyh, Azərbaycanda yaşayan müsəlman əhalisinə ixtar olunur ki, edadi məktəblərin milli şöbə və siniflərinə imtahan vermək arzusunda olanlar, həmin oktyabr ayının iyirmisinədək edadi məktəblərin müdirləri adına şu barədə ərzihal versinlər. Maarif naziri: Yusifbəyli Nəsib bəy”
(Bazar, 20 oktyabr 1918-ci il, nömrǝ 17)
Elan: “Ərzaq naziri həzrətlərinin sərəncamına görə noyabr ayının 2-si səhər saat 10-da Gəncə şəhərində Arakelovun evində həcz [müsadirə> olunmuş və iləridən qalmış şeylər hərrac ilə satılacaqlardır. Satılan şeylər bunlardır: fərş, ipək yaylıq, ipək parça, çit, mis qab, zibilli qənd, yaramaz un, şlanq rezin şinlə, sandalya hissǝlǝri, pianino, kəpək, yun, zibilli buğda, körük, inək və qoyun dərisi, duz, qarçs və sairə. Ərzaq nazirinin quberniya vəkili Katib 206”
(Bazar, 20 oktyabr 1918-ci il, nömrǝ 17)
Elanlardan göründüyü kimi bugünkü günə xas bir şəkildə, hələ ictimaiyyətlə əlaqələrin elm və ixtisas olaraq təşəkkül tapmadığı bir zamanda gördükləri işə ad qoymadan kommunikasiyanı mükəmməl bir şəkildə həyata keçiriblər.
Araşdırmanın müəllifi: Elvin Babayev
Mənbə: Xəzər Universitetinin arxivi