Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da iş elanında "ayrı-seçkilik" ifadələri işlədən şirkət cərimələnib
ABŞ-da iş elanında "ayrı-seçkilik" ifadələri işlədən şirkət cərimələnib

ABŞ-ın Virciniya ştatında iş elanında “ayrı-seçkilik” ifadələri yer alan şirkət 7500 dollar cərimə olunub.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "CNN"in məlumatına görə, "Arthur Grand Technologies" şirkəti internet saytında biznes analitiki vəzifəsi üçün "yalnız ABŞ əsilli, ağdərili və Dallasdan 100 kilometr məsafədə yaşayan yerli sakinlər" axtardığını açıqlayıb.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyi və Əmək Nazirliyinin birgə başlatdığı araşdırmadan sonra şirkət iş elanında “ayrı-seçkilik” ifadələrinin yer alması səbəbilə 7500 dollar cərimə olunub.

Məsələ ilə bağlı mətbuata açıqlama verən şirkətin top meneceri Şeyx Rəhmətullah elanın şirkət işçilərindən birinin şəxsi elektron poçtundan edildiyini iddia edib: "Nəşr olunan ayrı-seçkilik xarakterli iş elanı ilə əlaqədar "Arthur Grand Technologies" hər hansı cinayət və ya qanun pozuntusunu qəti şəkildə rədd edir".

Rəhmətullah: “Bu icazəsiz yazı əsəbi bir işçi tərəfindən şəxsi e-poçt ünvanından və hesabından edilib. Biz bundan xəbərdar olduqdan sonra bu tip hadisələrin bir daha təkrarlanmaması üçün dərhal və qətiyyətli tədbirlər gördük, o cümlədən məsul işçinin işdən azad edilməsini təmin etdik”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »