Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Türkiyə və Fransa beynəlxalq təhlükəsizliyə birgə töhfə verə bilər"
Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron

Türkiyə və Fransa Avropadan Qafqaza, Yaxın Şərqə və Afrikaya qədər uzanan geniş bir ərazidə təhlükəsizlik, sabitlik və sülhün təmin edilməsi səylərinə əhəmiyyətli bir töhfə verə bilərlər.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla videokonfrans formatda baş tutan görüşündə bildirib.

Məlumata görə, danışıqlar zamanı Türkiyə ilə Fransa arasındakı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

“İki güclü NATO müttəfiqi olaraq, Avropadan Qafqaza, Yaxın Şərqə və Afrikaya qədər uzanan geniş bir ərazidə təhlükəsizlik, sabitlik və sülhü təmin etmək səylərinə əhəmiyyətli töhfə verə bilərik. Ölkələrimizi və vətəndaşlarımızın təhlükəsizliyini təhdid edən terror təşkilatlarına qarşı birgə mübarizə apara bilərik. Türkiyə ilə Fransanın bütün bu məsələlərdə həmrəylik içində hərəkət etməsini istəyirik”, - Ərdoğan belə deyib.

Türkiyə Prezidenti bu il Ankara Sazişinin (Fransa ilə Türkiyə arasında 20 oktyabr 1921-ci ildə bağlanmış diplomatik razılaşma - red.) imzalanmasının 100 illiyini qeyd etdiyini xatırladıb. Türkiyə və Fransa liderləri arasındakı dialoqun hər zaman əhəmiyyətli bir rol oynadığını da sözlərinə əlavə edib.

Prezident Ərdoğan, COVID-19-un Fransada yayılmasına qarşı mübarizəni yaxından izlədiyini də qeyd edib və epidemiya nəticəsində ölkə vətəndaşlarının ölümü ilə əlaqədar başsağlığı verib. Bundan başqa, Türkiyə lideri ölkədə karantin məhdudiyyətlərini azaltmaq üçün görülən tədbirlərdən bəhs edib və təxminən 10 milyon Türkiyə vətəndaşının peyvənd olunduğunu bildirib.(apa)

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »