Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Ordumuz uğurla irəliləyir"

"Cəbhədən gələn xəbərlər bir tərəfdən sevindiricidir, digər tərəfdən isə üzülürük".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin Polşa "Legiya"sı ilə səfər oyunu öncəsi Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Son günlər cəbhədə baş verənlərə münasibət bildirən 48 yaşlı mütəxəssis vurğulayıb ki, Ermənistan sülh danışıqlarında iştirakdan imtina etdiyi üçün vəziyyət bu həddə çatıb: "Çox istərdik ki, torpaqlarımız sülh yolu ilə geri qayıtsın. Əfsuslar olsun, düşmən tərəf bunu başa düşmədi və sonda Ali Baş Komandan belə qərar verdi. Başqa çıxış yolu qoymadılar. Şükürlər olsun ki, ordumuz uğurla irəliləyir. Bəlkə də torpaqlarımızın çox hissəsi alınıb. İnanıram ki, qısa zamanda hamısını işğaldan azad edəcəyik".

Təcrübəli baş məşqçi insan itkilərinə görə üzüldüyünü vurğulayıb: "Amma müharibə bunsuz mümkün deyil. Belə şeyləri hamımız göz qabağına gətirməliyik. Hamımız onların yanında olmağı çox istərdik. Ruhən onlarla birlikdəyik. Allah əsgərlərimizi qorusun. Torpaqlarımız tezliklə işğaldan azad olunsun".

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Aram Qabrelyanov Koçaryanın qalib gəldiyini açıqladı
››› Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatdı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İyunun 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »