Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tədqiqatçılar: “Twitter” təhlükəyə çevrilə bilər

Londonun Kral Kolecinin (King’s College London) tədqiqatçıları siyasətçilərin “Twitter” hesablarındakı postların müxtəlif böhran vəziyyətlərinə təsirilə bağlı araşdırma aparıblar.

“Report” xəbər verir ki, araşdırma müəllifləri ABŞ prezidenti Donald Trampın “nüvə düyməsi”, “sarsıdıcı zərbə” kimi hədələyici ifadələrinin, hətta sadəcə eyhamlı postlarının beynəlxalq aləmdə çox ciddi nəticələrə gətirib çıxara biləcəklərini iddia edirlər.

Belə ki, həm məlumat yaymaq, həm də insanlara təsir etmək üçün çox əlverişli amil olan “Twitter”də böhranlı hallarda ehtiyatsız yazılan postlar vəziyyəti daha da gərginləşdirə bilər.

Son xəbərlər
Bütün xəbərlər »