Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV: Gürcüstanın baş naziri dəyişəcək

Gürcüstanın Baş naziri Giorgi Qaxarianın vəzifəsini tərk edəcəyi gözlənilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli “Mtavari arxi” telekanalı məlumat yayıb.

Məlumata əsasən, G.Qaxarianı Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili əvəzləyəcək.

Kanal qeyd edib ki, hakim Gürcü Arzusu Partiyası “müxalifət” yaradacaq və G.Qaxaria onun lideri olacaq.

Hökumət rəsmiləri kadr dəyişiklikləri ilə bağlı yayılan məlumata hələ heç bir münasibət bildirməyiblər.

Son xəbərlər
Bütün xəbərlər »