Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Skandinaviya ölkəsində şagirdlər məktəbə qayıtdı - Video

Avropanın bir çox ölkələri ənənəvi həyatı bərpa etmək qərarı verib. Danimarka ən qətiyyətli addım atanların sırasındadır.

Bizimyol.info xəbər verir ki, Skandinaviya ölkəsində uşaq bağçaları və məktəblər işini bərpa edib. Danimarka Avropa İttifaqı üzvləri arasında bu addımı atan ilk ölkə olub.

Uşaq bağçalarında və məktəblərdə sanitar normalara ciddi əməl edilir. Aprelin 20-nə qədər həmin normalara adaptasiya peosesinin bitəcəyi proqnozlaşdırılır.

Yeni qaydalara görə, partalar bir-birindən 2 metr məsafədə qoyulmalıdır. Şagirdlər daim həkim nəzarətində olacaq. Özünü bir az pis hiss edən məktəbli dərhal evə göndəriləcək.

Amma uşaq bağçalarının və məktəblərin fəaliyyətini bərpa etməsindən bütün valideynlər razı deyil. Bəziləri uşaqlarını məktəblərə göndərməyib. Hərçənd, Danimarkada orta təhsil icbaridir.

İndiyə qədər Danimarkada 6681 yoluxma halı qeydə alınıb. Xəstələrin 309-u həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »