Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliya yenə virusdan böyük itki verdi

İtaliya koronavirus üzündən can itkisinə görə dünyada birinci yeri tutur.

Hər gün bu Avropa ölkəsindən bəd xəbərlər gəlir.

Bizimyol.info xəbər verir ki, İtaliya yenə virusdan böyük itki verib. Burada daha 349 nəfər həyatını itirib. Beləliklə, ölənlərin sayı 2158-ə çatıb. Ümumilikdə indiyə qədər İtaliyada 27 min 980 yoluxma halı qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının bu dəqiqələrə olan məlumatına görə, dünyada 179 min 223 nəfərdə koronavirus aşkarlanıb. Ölənlərin sayının 7 min 67 nəfər olduğu bildirilir. Təkcə bu gün virusdan 562 nəfər ölüb.

Son xəbərlər
Bütün xəbərlər »