Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Elmlər Akademiyası” stansiyasının əsas çıxışı küləyə görə bağlandı

Bakıda güclü külək metronun fəaliyyətinə də təsirini göstərib. “Bakı Metropoliteni” QSC-nin sözçüsü Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dünən metronun əsas çıxışı bağlanılıb:

“Hazırda stansiyaya giriş və çıxış əsas girişdən təşkil olunub. Hər iki tərəf açıq olduğu üçün yelçəkən olurdu. Bu da uşaqların, yaşlı insanların təhlükəsiz hərəkətinə narahatlıq yaradırdı. Həm də məktəblər bağlandığı üçün sıxlıq müşahidə edilmirdi. Bu səbəbdən önləyici tədbir kimi qapının birinin bağlanmasına qərar verilib. Hər hansı bir fəsad qeydə alınmayıb. Gün ərzində də buna nəzarət olunacaq, əgər sıxlıq artarsa və ya küləyin sürəti azalarsa əsas çıxış istifadəyə veriləcək”.

Bəxtiyar Məmmədov

B.Məmmədov əlavə edib ki, “Bakı Metropoliteni” QSC bu günlərdə gücləndirilmiş iş rejimində çalışır.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »