Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir nəfərin ölümünə səbəb olan şəhid oğlu ilə bağlı qərar açıqlandı
Ali Məhkəmədə Xaçmazda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Orxan Abdullayevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorluğun kassasiya protesti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2017-ci il avqust ayının 24-də Xaçmaz rayonu ərazisində baş verib. O.Abdullayev etibarnamə olmadan "Daewoo Nexia" marklı 10 RL 160 dövlət nömrə nişanlı avtomobillə qəza törədib. Belə ki, o, sükan arxasında yuxulayaraq idarəetməni itirib və avtomobili aşırıb. Maşında olan sərnişin 1970-ci il təvəllüdlü İlqar Ələkbərov hadisə yerində ölüb.

İttiham aktına əsasən, O.Abdullayev sürkan arxasında olan zaman içkili olub və hadisə yerindən qaçıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, O.Abdullayev cəzasını məntəqə tipli cəzacəkmə müəssisəsində çəkməlidir. Hökmdən narazı qalan dövlət ittihmaçısı apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin etməyib. Daha sonra prokurorluq kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
Son xəbərlər
Bütün xəbərlər »