Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Oyunları və İslamiadanın azərbaycanlı qalibi karyerasını bitirdi

Boks üzrə millimizin aparıcı üzvlərindən olan Teymur Məmmədov karyerasını başa vurub.

Bunu 25 yaşlı idmançının özü açıqlayıb:

“Karyeramı bitirirəm. Ona görə ki, zədənin içindəyəm. Artıq məşq də edə bilmirəm. Ağrıya-ağrıya qalmışam. Ona görə də düşündüm ki, karyeramı bitirmək zamanıdır. Karyeranı hörmətli şəkildə bitirmək lazımdır.

İndi gənclərə yol vermək vaxtıdır. Mənim üçün artıq bəsdir. Bizim rəhbərliyə də təşəkkür etmək istəyirəm. Sağ olsunlar, bizə yaxşı baxırdılar. Amma istənilən halda getməyin zamanıdır”.

Qeyd edək ki, Teymur Məmmədov Rusiyanın Tomsk şəhərində anadan olub. Anası qazaxıstanlı, atası azərbaycanlı olan Teymur SSRİ dağıldıqdan sonra Azərbaycana köçüb. Avropa çempionu, Avropa Oyunları və IV İslam Həmrəylik Oyunlarının qalibi olan idmançı 2012-ci ildəki London Olimpiadasının bürünc medalını qazanıb. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »