Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Fənərbaxça”da qalmaqal - Futbolçular prezidentə etiraz etdi

“Fənərbaxça”nın prezidenti Ali Koç komandanın uğursuz çıxışına görə futbolçuları cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, son turda “Akhisar”a 0:3 hesablı məğlubiyyətdən sonra klub rəhbəri futbolçuların İstanbula təyyarə ilə yox avtobusla yollanmasına qərar verib.

4 saatlıq uzun yolçuluqdan sonra bazaya çatan oyunçuların bəziləri qərara etiraz edib.

Legioner oyunçular Martin Şkrtel, Yassin Benzia və Roman Noyştadter cəzanın ağırlığından şikayətləniblər:

“Bu uğursuzluğun tək günahkarı biz deyilik. Qarşıdakı oyunlarda uduzsaq, hansı cəzanı alacağıq, bu düşüncə ilə meydana çıxacağıq?”.

Bildirilir ki, onlar özlərinə artıq yeni klub axtarırlar.

Son xəbərlər
Bütün xəbərlər »