Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
UEFA Rumıniya yığmasına qarşı intizam işi açıb

UEFA Rumıniya yığması barədə intizam işi açıb.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, araşdırma Millətlər Liqasının IV turunda evdə Serbiya yığmasına qarşı keçirilmiş oyunla bağlı aparılacaq.

İntizam işi reqlamentin 3 bəndi üzrə açılıb. Komanda azarkeşlərinin intizamsızlığına görə ittiham olunur. Fanatlar sözügedən qarşılaşmada irqçi ifadələr işlədib, meydana girib, həmçinin pirotexniki vasitələrdən istifadə ediblər.

Bu məsələyə oktyabrın 25-də baxılacaq.

Qeyd edək ki, Rumıniya - Serbiya matçı 0:0 hesabı ilə başa çatıb.

Son xəbərlər
Bütün xəbərlər »