Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərtac" mərhum idmançını "dirildib rekorda imza atdırdı"

Azərbaycanda bir sıra saytlar fransız velosipedçi-ekstremalın yeni rekorda imza atması barədə xəbər yayıb. Xəbərdə bildirilir: "Fransalı Fransua Jissi velosipedlə saatda 333 kilometr qət edərək Ginnesin rekordlar kitabına adını yazdırıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, rekord göstəriciyə nail olmaq üçün velosipedə raket mühərriki qoşulub. Sözügedən mühərrik isə 560 at gücünə malikdir.

Ginnes rekordçusu bu sürəti 4,8 saniyəyə yığıb".

Bu xəbər dünən "Azərtac" Dövlət İnformasiya Agentliyi tərəfindən yayımlanıb və ardınca ölkənin onlayn mediasını bürüyüb. Xəbərin həm ağlamalı, həm də gülməli tərəfi ondan ibarətdir ki, əvvəla, Fransua Jissi 333 km/saat səviyyəsində rekorda 2014-cü ildə imza atıb və ikincisi, idmançı hazırda həyatda yoxdur.

Fransua Jissi bu il mayın 5-də özünə məxsuz olan 333 km/saat səviyyəsində sürət rekordunu aşmaq üçün yola çıxıb və sürəti saatda 300 kim-ə çatdırdıqdan sonra velosiped yoldan çıxıb. Yüksək sürətlə müxtəlif maneələrə çırprılan idmançı ağır xəsarətlər alıb, həkimlərin səyləri nəticəsiz qalıb və velosipedçi həyatını itirib. (Bizim Yol)

Son xəbərlər
Bütün xəbərlər »