Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etməsi Ağ Evin reaksiyasına səbəb olub
Trampın Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etməsi Ağ Evin reaksiyasına səbəb olub

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını "Nasist Almaniyasının gizli polis agentliyi Gestapo"su ilə müqayisə etməsinə reaksiya verib.

Bizimyol.info xəbər verir ki, “The Hill” qəzetinin yazdığına görə, məsələ ilə bağlı Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts açıqlama verib.

Beytes: “Prezident Bayden faşistlərin dəhşətli ritorikasını təkrarlamaq, neonasistlərlə iş birliyində olmaq və cəsur polislərin həyatı bahasına başa gələn sui-qəsd nəzəriyyələrini gücləndirmək kimi iddialarən əksinə olaraq, son 50 ildə zorakı cinayətlərin ən böyük azalmasını nümayiş etdirən bir yanaşma ilə Amerika xalqını ortaq demokratik dəyərlərimiz və qanunun aliliyi ətrafında birləşdirir”, - deyə qeyd edib.

“The New York Times” qəzeti Trampın mayın 4-də Floridada Respublikaçılar Partiyasının donorları qarşısında çıxışının səs yazılarını əldə edib. Qəzetin yazdığına görə, Tramp Bayden administrasiyasını nasist Almaniyasının gizli polis agentliyi olan Gestapo ilə müqayisə edib.

Tramp ona qarşı iddiaların Bayden administrasiyası tərəfindən planlaşdırıldığını iddia edib: “Bu insanlar Gestapo hökumətini idarə edir və əllərində olan yeganə şey budur. Onlar elə zənn edirlər ki, bu, onların uğur qazana biləcəkləri yeganə yoldur, lakin anlamırlar ki, əslində bu siyasət onları məhvə aparır. Amma bu məni narahat etmir. Onların mənə qarşı qurduqları planların uğursuz olacağına inanıram. Uğursuz adamlar böyük işlər görə bilməz. Onların yarıtmaz idarəetməsi ABŞ-ı ən böyük böhranlarından birini yaşamağa sürükləyir. Biz buna imkan verə bilmərik”, - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »