Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək
Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasiminə getməyəcək.

Bizimyol.info xəbər verir ki, erməni mətbuatının yazdığına görə, bu barədə jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.

Paşinyanın Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualı cavablandıran Simonyan “Xeyr” deyib.

Prezidentin andiçmə mərasimi mayın 7-də baş tutacaq. Mart ayında Rusiyada prezident seçkiləri keçirilib və bu seçkilərdə hazırkı dövlət başçısı Vladimir Putin qalib elan edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »