Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kuleba hesab edir ki, Avropada yeni silahlanma yarışı artıq başlayıb
Kuleba hesab edir ki, Avropada yeni silahlanma yarışı artıq başlayıb

Artıq başlayan yeni silahlanma yarışında qalib gəlmək üçün Aİ müharibə dövrü iqtisadiyyatına keçməlidir.

Bizimyol.info xəbər verir ki, bu fikri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Brüsseldə keçirilən Aİ-Ukrayna Müdafiə Sənayesi Forumunun iştirakçıları qarşısında videoformatda çıxışı zamanı deyib.

“Avropa İttifaqında sülhü qorumaq istəyiriksə, Avropada müharibə dövrü iqtisadiyyatına və sənayesinə keçməliyik. Biz fərqinə varsaq da, görməzdən gəlsək də, istəsək də, istəməsək də artıq yeni silahlanma yarışına daxil olmuşuq”, - deyə o qeyd edib.

Kuleba əlavə edib ki, əsas prioritetlərdən biri Aİ ölkələrinin silahlarını ümumi standartlara çatdırmaqdır. "İndi Fransız mərmiləri yalnız Fransız silahları üçün, Alman mərmiləri Alman silahları üçün, Polşa mərmiləri Polşa silahları üçün uyğundur. Bu da vaxtında çatdırmanı gecikməsinə səbəb olur və ümumi müdafiəmiz üçün xərcləri artırır", - deyə nazir bildirib.

Bundan əlavə, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri silah sektorunda uzunmüddətli müqavilələrə və planlaşdırmaya keçidin, o cümlədən Avropa İttifaqının müdafiə sənayesi ilə Ukrayna arasında, ilk növbədə investisiya sahəsində əməkdaşlığın və istehsalın maliyyələşdirilməsinin gücləndirilməsinə tərəfdar olduğunu bildirib. İstehsal imkanlarımız hələ də maliyyə resurslarımızı xeyli üstələyir”, - deyə o qeyd edib.

Rusiya nümayəndələri dəfələrlə qeyd ediblər ki, "xüsusi hərbi əməliyyat"ın məqsədlərindən biri Ukraynanın demilitarizasiyasıdır və Qərbin silahlarının tədarükü onun məqsədlərinə çatmasına mane olmayacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »