Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İAET: İran nüvə texnologiyasını başqa ölkələrə ötürməyə hazırdır
İAET: İran nüvə texnologiyasını başqa ölkələrə ötürməyə hazırdır

"İran elmi nailiyyətlərin mübadiləsi ilə bağlı yeni sistem formalaşdırmaq üçün dinc nüvə texnologiyasını digər ölkələrə ötürməyə hazırdır".

Bizimyol.info xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd Eslami İsfahanda keçirilən beynəlxalq nüvə konfransı ilə bağlı açıqlama verərkən deyib.

“Məqsədimiz İranın elmi və texnoloji nailiyyətlərini nümayiş etdirmək və hegemon dövlətlərin inhisarçılığı ilə mübarizə aparmaqdır. Eyni zamanda, biz maneələri yıxmaq və fərqli elmi sistem yaratmaq üçün bu texnologiyaları başqa ölkələrə ötürməyə hazırıq. Bizi təcrid etməyə çalışanlar anlamalıdırlar ki, İran dünya elminə xidmətlərini hər kəslə paylaşmağa və bu yoldan dönməməyə israrlıdır”, - deyə İranın "İRNA" xəbər agentliyi onun sözlərini sitat gətirib. Eslami qeyd edib ki, İranın dinc nüvə proqramının inkişafına mane olmaq məqsədi daşıyan təzyiqlərə baxmayaraq, ölkədə beynəlxalq nüvə konfransının keçirilməsi dünya elmi ictimaiyyətinin razılığı ilə qarşılanıb.

"İRNA"nın məlumatına görə, ilk beynəlxalq nüvə konfransı 30-cu milli nüvə konfransı ilə eyni vaxtda keçiriləcək. Mayın 6-da axşam baş tutacaq açılış mərasimində Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin iştirakı gözlənilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »