Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kiyev: Qərb öz qoşunlarını Ukraynaya göndərsə, minnətdar olarıq
Kiyev: Qərb öz qoşunlarını Ukraynaya göndərsə, minnətdar olarıq

"Qərb ölkələri öz qoşunlarını Ukraynaya göndərmək qərarına gəlsələr, onlara minnətdar olacağıq".

Bizimyol.info xəbər verir ki, bu barədə "CBS" telekanalına müsahibəsində Ukraynanın baş naziri Denis Şmıqal bildirib.

"Bunun baş verəcəti təqdirdə onlara çox minnətdar olacağıq və bu, bizim üçün böyük dəstək ola bilər", - deyə o, müvafiq suala cavab verərkən bildirib.

Buna baxmayaraq, Şmıqal Kiyevin silahlara hələ də çox ehtiyacı olduğunu vurğulayıb. "Bildirim ki, Qərb odusunu Ukraynada görmək bizim döyüşçülərimiz üçün də böyük stimul olar, amma hazırda bizim müvafiq ölkələrə müraciətimizdə bəyan etdiyimiz silahlara çox ehtiyacımız var. Ən qısa zamanda bunların çatdırılacağına ümid edirik, əks halda müharibə zonasında vəziyyət daha da çətinləşəcək. Müttəfiqlərimizin cəbhədə baş verənlərə adekvat reaksiyasını gözləyirik", - deyə baş nazir qeyd edib.

Bir müddət əvvəl Fransa lideri Emmanuel Makron Britaniyanın “The Economist” jurnalına müsahibəsində “Rusiya qüvvələri cəbhə xəttini yarıb keçərsə” Kiyev tələb edərsə, Ukraynaya qoşun göndərilməsinin nəzərdən keçiriləcəyini etiraf etmişdi. Makronun sözlərinə görə, bir çox ölkələr Parisin yanaşmasını başa düşüb və bu məsələdə onun mövqeyi ilə razılaşıblar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Makronun bu açıqlamalarını şərh edərək, bunları çox vacib və təhlükəli adlandırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »