Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkə şokda: Məktəblərə hücumlar başladı
Döyüşçülər Pakistanın şimali-qərbi və şimalında 12 məktəbə hücum ediblər.

Bizimyol.info Publika.az-a istinadən xəbər verir ki, bu haqda “Röyters” agentliyi məlumat yayıb.

Bunlardan 8-i qızların təhsil aldığı məktəblərdir. Qeyd edilir ki, döyüşçülər partlayıcı maddələrdən istifadə edir, həmçinin binaları yandırırdılar. Polis hesab edir ki, hücumlar planlaşdırılmışdı. Hücumlar nəticəsində ölənlər və ya zərərçəkənlər yoxdur.

Hücumlara görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Bununla belə, hücumların arxasında Taliban döyüşçülərinin olduğu təxmin edilir.

Qeyd edək ki, Pakistanda qız məktəblərinə hücumlar tez-tez olur. Taliban qadınların təhsil almasını dini normalara zidd hesab edir.

Son xəbərlər
Bütün xəbərlər »