Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçdə İsrailin “Eurovision”da iştirakına etiraz edilib
İsveçdə İsrailin “Eurovision”da iştirakına etiraz edilib

İsveçin paytaxtı Stokholmda İsrailin mayın 11-də keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində iştirakına etiraz edilib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, İsveç Xarici İşlər Nazirliyinin qarşısına toplaşan yüzlərlə insan İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində İsrailin boykot edilməsini tələb edib.

Burada edilən açıqlamada İsrailin “Eurovision” Mahnı Müsabiqəsində iştirakına görə mayın 11-də Malmödə iki böyük nümayişin keçiriləcəyi və nümayişə Avropanın müxtəlif şəhərlərindən Fələstini dəstəkləyən minlərlə fəalın qatılacağı bildirilib. Açıqlamada Rusiyanın ötən il Rusiya-Ukrayna müharibəsinə görə təşkilatdan kənarlaşdırıldığı, lakin bu il soyqırım törədən İsrailin təşkilata daxil edilməsinin ikiüzlülük olduğu diqqətə çatdırılıb.

İsveç dövlət televiziyası "SVT"nin xəbərinə görə, Malmö Polis İdarəsinin sözçüsü Nils Norling şəhərə 100 min nümayişçinin gələcəyini təxmin etdiklərini bildirib. Nümayişlər zamanı hər hansı insidentin qarşısını almaq üçün geniş təhlükəsizlik tədbirləri görəcəklərini ifadə edən Norling, Norveç və Danimarkadan polis qruplarının dəstək üçün Malmöyə gələcəyini açıqlayıb.

Mayın 2-də Avropa Yayım Birliyi (EBU) da mayın 11-də keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində Fələstin bayrağı ilə qonaqların buraxılmayacağı barədə məlumat verib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »