Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verib
Rusiya Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verib

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.

Bizimyol.info xəbər verir ki, müvafiq olaraq axtarışda olan şəxs barədə məlumat şöbənin məlumat bazasına yerləşdirilib.

Bildirilir ki, məlumatda Vladimir Aleksandroviç Zelenskinin Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışda olduğu göstərilir. Cinayət işinin maddəsi məlumat bazasında qeyd edilməyib.

Vladimir Zelenski 25 yanvar 1978-ci ildə Krivoy Roqda anadan olub. 2019-cu ildə o, Ukrayna prezidenti seçilib.

Daha sonra Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonu da axtarışa verib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »