Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dispanser nəzarətində olan 36659 nəfərdən 802 nəfərini qadınlar təşkil edir"
"Dispanser nəzarətində olan 36659 nəfərdən 802 nəfərini qadınlar təşkil edir"

“Mövzu ilə bağlı 800-ə yaxın marifləndirici sujet və məqalələr dərc edilib. Bundan əlavə, televiziya kanallarının əməkdaşları üçün təlimlər təşkil edilmişdir”

Bizimyol.info xəbər verir ki, bu barədə “İctimai proseslər media müstəvisində” mövzusunda forumda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev çıxışı zamanı bildirib.

Fəqan Şahverdiyev qeyd edib ki, 2021-ci ildən bu yana media nümayəndələri ilə dəyirmi masalar təşkil edilmişdir və qaynar xətt vasitəsilə 405 nəfər narkoloji mərkəzə yönləndirilib. O, həmçinin əlavə edib ki, medianın rolunu burada müsbət qiymətləndiririk.

“Ötən il ərzində aidiyyatı nazirlik və ya əməkdaşlıq çərçivəsində bildirişlərin göndərilməsi təmin edilmişdir”,-deyə Fəqan Şahverdiyev vurğulayıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyevin sözlərinə görə, dispanser nəzarətində olan 36659 nəfərdən 802 nəfərini qadınlar təşkil edir.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »