Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yeni üfüqlər, böyük fürsətlər”... “Gələcək üçün bacarıqlar” inkubasiya proqramının açılış tədbiri keçirilib
“Yeni üfüqlər, böyük fürsətlər”... “Gələcək üçün bacarıqlar” inkubasiya proqramının açılış tədbiri keçirilib

Ötən gün 7 saylı ASAN Xidmət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” və Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyinin “Bilişim Vadisi” mərkəzi tərəfindən birgə təşkil olunan “Gələcək üçün bacarıqlar” inkubasiya proqramının açılış tədbiri keçirilib.

Bizimyol.info xəbər verir ki, ötən ay həyata keçirilən müraciətlərin qəbulu mərhələsində 50 yerli startap proqramda iştirak üçün müraciət etmişdir. Keçirilən dəyərləndirmələr nəticəsində 10 yerli startap 6 aylıq inkubasiya programına cəlb edilib. Açılış tədbirindən sonra 6 ay müddətində seçilmiş yerli startaplara Türkiyəli peşəkar mentorlar tərəfindən təlimlər verilib və proqramın sonunda yerli startaplar investorlar qarşısında çıxış ediblər.

ASAN İnnovasiyalar nümayəndəsi Zinəddin Babayev: "Layihəmiz 2021-ci ilin aprel ayında imzalanan memorandumla start alıb. İki skopumuz var. Mentor və Startap skopu - 12 universitet, 130 mentor və 2000 tələbə. 1-ci seçim mərhələsində 30a yaxın startap komandamız var".

Ülvi Mehdiyev: "3 il öncə İnnovasiya Mərkəzi gənclər arasında innovativ şüurun inkişafı üçün təqdimetmə bacarığı və biliyin, təcrübənin praktikada tətbiqi və boşluqların aradan qaldırılması üçün ideyanın formalaşması böyük bir prosesdir. Bu, böyük bir ekosistem tələb edir. Bu sahədə də ASAN Xidmət və onun İnnovasiya Mərkəzi bunun üçün gənclərimizə lazımi imkanı yaradıb. Hərəkətverici qüvvəmiz gənclər, onları inkişaf etdirənlər heç şübhəsiz ki, gənclərdir. 2000-ə yaxın tələbə bu layihəyə qoşulub. Bu layihə olmasaydı, bəlkə də bu qədər gənc öz yeni fikirlərini tətbiq edə bilməzdilər. 181 startap komandası onu götərir ki bu layihə hədəfə nail ola bilib. Artıq ötən il bir inkubasiya proqramı başa çatıb. Biz növbəti proqrama başlayırıq. Yeni proqramı öz türkiyəli həmkarlarımızla birgə keçəcəyik. Türkiyənin "Bilişim Vadisi" haqqında yəqin ki, eşitmisiniz. Belə bir təsisatın Azərbaycanda öz təcrübəsini paylaşması bizim üçün təqdirə layiqdir. Bu tədbirin sonunda seçiləcək startaplar gələcəkdə Azərbaycanın fəxr edəcəyi şirkətləri formalaşdıracaq".

Bilişim Vadisi"nin baş icraçı direktoru Erkam Tüzgen: "Türkiyə və Azərbaycan ortaq iki dilə, dinə sahib iki dövlət bir millətdir. Biz də azadlıq mübarizəsində çiyin-çiyinə savaşdıq. Bu baxımdan şəhid olan bütün həmvətənlərimizə Allahdan rəhmət diləyirəm.

Bunu xüsusilə vurğulamaq istəyirəm ki, öncəliklə ortalama bacarıqlı girişimcilərin yaşı 40 yaşın üzərindədir. Bu da ona bənzəyir ki, uşaqlar yıxılmadan yeriməyi öyrənə bilməzlər. Girişimcilik də belə bir sahədir. Gələcəkdə qürur duyulacaq işlərin ortaya çıxmasına səbəb olacaqlar. Artıq sənaye dövrü sona çatıb. Bu gün yaşadığımız dövrdə kənd təsərrüfatı və sənaye arasında nə qədər fərq varsa, günümüz texnologiyaları ilə yeni innovasiyalar arasında bir o qədər fərq var. Texniki Universitetə, işbirliyi etdiyimiz ASAN Xidmət və bütün startaplara təşəkkürümü bildirirəm".

Qamət Kərimov: "İnkubasiya proqramı hələ öz şirkətini qurmamış girişimcilərə mentorluq, texnoloji, fundamental və başqa dəstəklər göstərərək, yenilikçi layihələrin inkişafı və böyümə fürsətlərini təmin edir. Bu müddət ərzində investor namizədlərinə məhsul yerləşdirmə müddətində ehtiyac duyduqları bütün alt və üst infrastruktur, eyni zamanda mentorluq xidmətləri göstəriləcək"

Azərbaycan Texniki Universiteti, Rüfət və Fərid Şıxıyev: "Leteral Scereloris və ona bənzər xəstəliklərdən əziyyət çəkən insanlar üçün oturacaq arabalara smart idarə etmə sistemi: İl ərzində 140 mindən çox insan ALS ( Amyotrofik Yan Skeleroz) xəstəliyinə tutulur. Digər məhdudiyyətli şəxsləri də nəzərə alsaq, bu rəqəm beş milyonu ötür. Bu problem üçün biz ABC əlillik arabalarına başla idarə edilə biləcəyi bir sistem hazırladıq. Bu sistemi biz istənilən əlil arabalarına inteqrasiya edə bilirik. Əlavə olaraq, danışa bilməyən şəxslər üçün baş hərəkətləri ilə idarə oluna bilən komputer təminat proqramı qura bildik. Bu məhsul sayəsində xərclər iki dəfə azalmış olur ki, hər kəs üçün əlçatan olsun".

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »