Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsraildə girovların azad edilməsi tələbi ilə yeni etiraz aksiyası keçirilib
İsraildə girovların azad edilməsi tələbi ilə yeni etiraz aksiyası keçirilib

Axşam saatlarında minlərlə israilli hökumət əleyhinə nümayişlərdə iştirak edib.

Bizimyol.info xəbər verir ki, etirazçıların Benyamin Netanyahunun rəhbərlik etdiyi Nazirlər Kabinetinə qarşı əsas tələbi Qəzza zolağında saxlanılan israilli girovların dərhal azad edilməsinə nail olmaqdır.

Ölkənin hər yerində nümayişlər keçirilib. Bunlardan ən böyüyü ənənəvi olaraq Tel-Əvivin şərqində, oğurlananların qohumlarının çıxış edənlər arasında olduğu hökumət binaları kompleksində baş verdi.

Verilən məlumata görə, bir neçə etirazçı qrupu axşam saatlarında müxalifətin o qədər də güclü olmadığı Qüdsdə aksiyalar keçirib.

2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə hücumu, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.  Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb.

Noyabrın sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar barışıq yaradılıb və bu müddət ərzində İsrailin məlumatına görə, 110 girov azad edilib. Dekabrın 1-də atəşkəs pozulub, döyüşlər yenidən başlayıb və bu gün də davam edir. İsrailin son məlumatlarına görə, Qəzza zolağında hələ də 133 nəfər girov saxlanılır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »