Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı qarı evini Trampa vəsiyyət etdi - Səbəb isə çox gülməlidir...
Rusiyanın Krasnoyarsk şəhərində yşayan pensioner İrina Borisovna çox maraqlı və hiyləgər bir addım atır. Pensiyası çox az olduğuna görə qadın evinin kommunal xərclərini ödəyə bilməyib. Buna görə də  Mənzil Kommunal Təsərrüfatı İdarəsi  yığılan borc müqabilində qadının evinin məhkəmə yolu ilə əlindən alınacağını söyləyib. İrina Borisova isə evini qanunən ABŞ prezidenti Trampa vəsiyyət edib. "Madam ki, bu ölkədə heç kim  mənim qayğıma qalmır, evimə göz qoyur, onda gücünüz çatırsa gedin borcu Trampdan istəyin. Onun evini əlindən alın!"- deyə o bildirib.

Qeyd edək ki, daha 6 pensioner eyni üsula əl ataraq evlərini notarial qaydada Trampın adına keçirməyə hazırlaşır.

Rusiya qanunvericiliyinə əsasən, ev sahibi evini istədiyi şəxsə vəsiyyət edə bilər. Yəni burda qanundankənar heç bir addım yoxdur.

Sözüfedən mənzil bu binadadır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »