Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın pis vərdişinə görə ildə 66 min dollar qazanc vəd edən vəzifə yaradıldı

Bəzi insanlar əsəbləşəndə dırnaq gəmirirlər, bəziləri bağırırlar, bəziləri su içirlər və. s.

ABŞ prezidenti Donald Tramp isə əsəbləşən kimi qarşısındakı kağızları parçalayır. Ümumiyyətlə prezidentin lazımsız kağızları xırda- xırda doğrayaraq zibil qutusuna atmaq kimi köhnə bir vərdişi var. Məhz bu səbəbdən onun  dövlət arxivinə göndərilməli olan  sənədlərin bir çoxunu  cıraraq zibil qutusuna atdığı bildirilir.

Prezidentin xətasını düzəltmək üçün isə Ağ Evdə yeni vəzifə təyin olunub."Hesabatların idarə edilməsi üzrə analitik". İldə 66 min dollar maaş alan analitik onun cırıb atdığı bütün kağızları skotçla yapışdırıb düzəltməyə borcludur.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »