Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu adam nəhəng ayaq ölçüsü ilə məşhurlaşdı - Fotolar

Venesuelanın Maracay şəhərində yaşayan Ceyson Rodrigezin ayaq ölçüsü 63 nömrədir.

Boyu 2 metr 20 santimetr olan  gəncin ayaqlarının uzunluğu 40 santimetrdir.

Ginnesin "Rekordlar kitabı"na adı düşən  gəncin ən böyük dərdi ayağına uyğun ayaqqabı tapmaqdır.

Onun sağ ayağının   40,55, sol ayağının  isə 40,57 santimetr uzunluqda olduğu bildirilir.

Ceyson Rodrigezin ayağına uyğun ayaqqabılar Hollandiya sərhədi yaxınlığındakı bir ayaqqabıçı tərəfindən hazırlanır. Georq Vessel adlı ayaqqabı ustası məxsusi  Ceyson kimi  "nəhənglərə" ayaqqabı tikir. Ömründə ilk dəfə 5 il öncə Venesuelanı  tərk edib  Georqla görüşə gedən Ceyson bu görüşdən sonra onunla dostlaşıb. Ayağına rahat oturan ayaqqabılar tapa bildiyinə görə özünü dünyanın ən xoşbəxti hesab edir. (Bizimyol.info)

 İlhamə

Son xəbərlər
Bütün xəbərlər »