Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən sadə əşyalar gözlənilməz ölüm maşınıymış
Qolf taxtası ilə bu günə qədər ölən idmançıların sayı ona yaxındır. Bu sadə əşyanın ölüm silahına  çevriləcəyinə hadisə baş verənə qədər kimsə inanmazdı. 1994-cü ildə qolfçu Ceremi Brenno məğlubiyyətindən sonra qolf taxtasını əsəblə skamyaya çırpdı, taxta qopub  Cereminin sinəsinə zərbə ilə dəydi və idmançı  yerindəcə öldü. 15 yaşlı Rafael Naranxo isə çempionat zamanı qolf taxtasının boynunu qırması nəticəsində ölmüşdü.

İsti su ilə dolu vanna insanların ən çox öldüyü məkanlardan biridir. 1999-2003-cü illərdə Amerikada isti vannada 1676 nəfər ölüb. Ekspertizalar göstərib ki, ölənlərin çoxusu sərxoş olub və vannada boğulub.

Hər kəsin qış fəsillərdən asılı olmaytaraq aksessuar olaraq çox sevdiyi şərflərin də ölümə səbəb olma  faktları var.  Nümunə üçün rəqqasə  Aysedora Dunkanın ölümünü  göstərmək olar. Şərfi avtomobilin təkəri altında qaldığı üçün   qadın boğulub ölmüşdü.

Hər kəs rahatlqı xatirinə, ya nədənsə qorxanda özünü  çarpayıya atır. Amma məlum olan statistikaya görə, bu günə qədər çarpayıdan  yıxılıb ölənlərin  və ya çarpayısında ölənlərin sayı terroristlər tərəfindən öldürülənlərin sayı qədərdir.

Hər il eskaloatorda 30 nəfər ölür, 17 min nəfər şikəst olur.

Kanadalı Uma  Fenni 200 ml. diş pastasını yeyərək intihar etmişdi.

Maqnit udaraq daxili orqanları zərər görüb ölənlərin sayı da az deyil.

Qulaqcıqlar da insanı öldürə bilər. Təbii ki, yüksək səslə musiqiyə qulaq asarkən  avtomobil yolu ilə hərəkət edəndə.

ABŞ sakini Hoffman Berdin ölümünə isə geydiyi "Vyetnamka" səbəb olmuşdu.  Ayağı sürüşmüş, 30 metr yüksəklikdən yıxılaraq ölmüşdü.

55 yaşlı rusiyalı xanım  çimərlik  çətirinin yüksək sürətlə özünə çırpılması nəticəsində dünyasını dəyişib.

Son xəbərlər
Bütün xəbərlər »