Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üzköçürmə əməliyyatı keçirmiş adam: " Saqqalımın 39, saçımın 25 yaşı var"
Antalyanın Manavqat qəsəbəsində yaşayan Uğur Acar hələ bir aylıq ikən evlərində  çıxan yanğın səbəbi ilə üzünün 90 faiz hissəsi yanıb dəhşətli hala düşmüşdü. 19 il ərzində   cəmiyyətdən gizlənərək insan arasına çıxmağa qorxan Uğur Acarın həyatı cəhənnəm kimi keçdi. 2012-ci il dekabrın 21-də Türkiyədə ilk dəfə olaraq onun üzündə əməliyyat aparıldı və üz nəqli həyata keçirildi. Uğur Acara özündən yaşca böyük insanın üzü köçürüldü.

Əməliyyatdan sonra Uğur Acar həyatının dəyişdiyini hiss etdi. Artıq uşaqlar ondan qorxmur, qadınlar  üzünü görüncə gözlərini qaçırmırdılar. Üstəlik iş tapa bildi. İndi Uğur Acar  son 6 altı ili özünü yuxu görürmüş kimi hiss edir, yenidən normal bir üzə sahib olmağın  sevincini yaşayır. Maraqlıdır ki, indi yeni simasında onun saqqalı ağarmağa başlayıb. Saçları isə yaşına uyğun olaraq qara rəngdədir. Bu vəziyyətə  Uğur Acar belə aydınlıq gətirir."Saçım 25 , saqalım isə 39 yaşındadır. Hər güzgüyə baxanda kədər və sevinci eyni anda yaşayıram"

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »