Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial ev ala biləcəksiniz? - SORĞU
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışını elan edib. Bu layihə çərçivəsində satışa 260 mənzil çıxarılır. Qiymətlərə gəldikdə isə, 1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayacaq. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. Bu qiymətlər mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda realdır.

Mənzillərin sahələrinə gəldikdə isə xarici perimetr üzrə mənzillərin ölçüləri də bəllidir. Belə ki, 1 otaqlı mənzillər təxminən 40 kv. metr, 2 otaqlı mənzillər 70 kv metrədək, 3 otaqlı mənzillər isə 84 kv metrədək olacaq.

MİDA-nın güzəştli evlərin qiyməti və şərtləri ilə bağlı bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmadı, sosial şəbəkələrdə müzakirələrə səbəb oldu.

“Bizim Yol”un əməkdaşı Ramid İbrahimov “facebook” profilində sosial sorğu keçirib. O, sosial şəbəkə istifadəçilərinə “Siz sosial ev ala biləcəksiniz?”-sualı ilə müraciət edib. Sorğuda iştirak edən 41 nəfərdən 14 nəfəri bu suala cavab verib.

Cavabları təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »