Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yüksək texnologiyalar ətraf mühitə və insana zərər verir
Böyük şəhərlərdə infarkt miokard hadisələrinin baş verməsinin çox hissəsi bununla bağlıdır

İnsan cəmiyyətin inkişafının müəyyən mərhələsində xəstəliklərin arealının kəskin genişlənməsi üçün əlverişli şərait yaranıb. Bu, ilk növbədə intensiv təsərrüfat fəaliyyəti ilə, əhalinin daxildə və kontinentlər arası yüksək dərəcədə qarşılıqlı əlaqələrin olması (ünsiyyətin) və infeksiyaya (yoluxmaya) qarşı mübarizə aparma bacarığının olmaması ilə əlaqədar olmuşdur. Şübhəsiz, bir çox hallarda bu və ya digər ərazilərdə insanların sosial-iqtisadi şəraitinin aşağı səviyyədə olması da xəstəliklərin sürətlənməsində mühüm rol oynamışdır. Qeyd etmək lazımdır ki, infeksiya xəstəliklərinin yayılmasında təbiətin dəyişdirilmə prosesinin təsiri müxtəlifdir. Bu təsir yoluxmanın bir mənbəyini aradan qaldırır, mədəniləşdirilmiş sahədə isə digər yoluxma mənbəyi - antropurgik tip mənbə, yəni insan fəaliyyəti nəticəsində yaranan infeksiya mənbəyi baş verir. Təkamül prosesində yaranan ilkin landşaftların dəyişməsi və insanın təsərrüfat fəaliyyəti nəticəsində onlara uyğun ekosistemlərin pozulması xəstəliklərin ibtidai təbii mənbələrinin olduğu şəraiti də dəyişdirir. Kənd təsərrüfatı landşaftları şəraitində vəhşi heyvanlar yerli biosenozlarla yeni qarşılıqlı əlaqəyə girir, bunun nəticəsində kənd təsərrüfatı sahələrində formalaşan biosenozlar da insanlarla yeni qarşılıqlı əlaqəyə daxil olur. Bu, insanın həyatında yeni heyvan növlərinin peyda olmasına səbəb olur. Bu növlər kənd təsərrüfatı ziyanvericiləri və yoluxucu xəstəliklərin mənbəyi ola bilər.

Yüksək texnologiyaların, mobil telefonların, kompüterlərin həyatımıza daxil olması ilə ətrafımızı elektromaqnit dalğaları bürüdü və biz özümüz də xəbərimiz olmadan bu okeanın içinə düşmüş olduq.

Mühitin elektromaqnit çirklənməsi və onun insan sağlamlığına təsiri bu gün ən çox ğyrənilən sahələrdən biri halına gəlib.

Ekoloji problemlərin təhlili zamanı elektrik və maqnit sahələrinin bütün növlərini mənşəyinə görə aşağıdakı qruplara ayırmaq olar:

• Keçmiş mənbələrdən törəyən elektromaqnit sahələri (Günəş, ulduzlar və s.);

• Yerin sabit elektrostatik maqnit sahəsi;

• Yerin atmosferi və ionosferində baş verən bəzi proseslər zamanı əmələ gələn elektromaqnit sahələri (şimşək, qütb şəfəqi və s.);

• Bioloji obyektlərdən törənən elektrik sahələri;

• Antropogen mənşəli elektromaqnit şüalanması. İnsan fəaliyyəti ilə törənən elektromaqnit sahələri yalnız son 10 ildə Yerin təbii fonu ilə müqayisədə min dəfədən də çox artmış və bu sahələrin diapazonu da kəskin genişlənmişdir. Odur ki, insanın elektromaqnit sahəsi (EMS) ilə qarşılıqlı təsiri problemi son vaxtlar olduqca aktual olub, radioəlaqə və radiolokasiyanın intensiv inkişafı, texnoloji əməliyyatları həyata keçirmək üçün elektromaqnit enerjisindən istifadə sferinin genişlənməsi, məişət elektrik və radioelektron qurğularının kütləvi yayılması ilə bağlıdır. Son onilliklərdə ətraf mühitin yeni faktoru - antropoen mənşəli elektromaqnit sahələri - elektrosmoq formalaşmışdır. Mühitin elektromaqnit çirklənməsi dünya miqyasında vacib məsələ olduğundan, ÜST bu problemi bəşəriyyət üçün ən aktual problemlər sırasına daxil etmişdir.

Bəzi mütəxəssislər isə EMS-ni bütün canlılar üçün fəlakətli nəticələrə səbəb olan güclü təsir göstərən ekoloji faktorlar sırasına daxil edir. EMS-lərinin gərginliyi xüsusən, elektrik ötürücü xətlərin (EÖX), radio və telestansiyaların, radiolokasiya və radiorabitə (o cümlədən mobil və peyk) vasitələrinin, müxtəlif energetik və enerji sərfi qurğularının, şəhər elektrik nəqliyyatının yaxınlığında kəskin yüksəlmişdir.

Son illər şəhərlərdə bütün tezlikli dipazonlu (10QQs-yə qədər) EMS-nin müxtəlif mənbələrinin sayı artmışdır. Bura radiotelefonlar (Mobil əlaqə sistemləri), DAM-lərin radarları, kiçik dalğalı sobalar, kompüterlər və b. daxildir. EMS-nin bioloji təsiri sahəsində aparılan tədqiqatlar insan orqanizminin ən həssas sistemləri - əsəb (sinir), immunitet və endokrin olmasını təyin etməyə imkan yaratdı. Elektromaqnit çirklənmənin insana təsiri üzrə qeydə alınan nəticələr arasında orqanizmin əsas funksiyalarının, o cümlədən, ürək-damar və həzm sistemlərinin zədələnməsi, psixi pozuntuların inkişafı və b. göstərmək olar. EMS-in hətta nisbətən zəif səviyyədə təsiri xərçəng xəstəlikləri, davranışın dəyişməsi, huşun itirilməsi, bronxit, astma, aritmiya, miqren, xroniki yorğunluq və bir çox digər neqativ vəziyyətin inkişafına səbəb ola bilər. Bəzi məlumatlara görə, böyük şəhərlərdə infarkt miokard hadisələrinin baş verməsinin çox hissəsi, EMS-nin təsiri, xüsusən ana bətnindəki körpə, uşaqlar və allergiya xəstəliklərinə məruz qalan şəxslər üçün təhlükəli sayılır, çünki onlar EMS-nin intensivliyi şəhərdən kənardakı səviyyəni 1000 dəfə keçir. Son illər elektromaqnit çirklənməsi təsiri Bakıda20-30 dəfə artmışdır. Qonşu Rusiyanın iri sənaye mərkəzlərində EMS-nin gərginliyi son bir neçə onillikdə 1000 dəfə artmışdır

Hazırda Azərbaycanda hər 2 adamdan birinin mobil telefonu vardır (4200000 ədəd).

1996-cı ilin dekabrında Moskvada dövlət sanitar-epidemioloji nəzarət Mərkəzinin, mobil telefonlarını sınaqdan keçirməsi göstərdi ki, müxtəlif modelli mobil telefonlarının antennasından axın gücünün sıxlığı 0,01- dən 0,08 Vt/sm2 təşkil edir, bu yol verilən səviyyədən 100-800 dəfə artıqdır. YES Çenelec 50166 standartına uyğun olaraq, əhali üçün EMS-nin udulma gücü dozasının hüdud miqdarı 0,08 Vt/kq-a bərabərdir. Şüalanma gücü 1 Vt olan mobil telefonların yaratdığı orta xüsusi udulma gücü ASM sistemi üçün 3,09 Vt/kq, Dest - 1800 sistemi üçün isə 4,6 Vt/kq təşkil edir, yəni standartın tələbatından bir neçə on dəfə artıqdır. İnsanda davranışın dəyişməsi xüsusi udulma gücü 2,5-5 Vt/kq olduqda hormonal dəyişiklik 3-4 Vt/kq, ürək-damar effekti isə 0,3-3 Vt/kq olduqda başlayır. EMS-nin sakinlər üçün təhlükəli səviyyəsi, hətta mobil telefonu olmayan şəxslər üçün adətən evlərin çardaqlarında qurulan mobil rabitənin bazası (mənbəyi) yarada bilər. 1996-cı ildə Moskvada belə baza stansiyaları 100-dən artıq olmuşdur. Kompüterlər geniş spektrdə elektromaqnit şüalanması yaradır: rentgen, ultrabənövşəyi, yüksəktezlikli (10- 300 MQs), aşağıtezlikli (5 Qs-300 kQs) və elektrostatik sahə. İstifadəçi üçün başlıca təhlükə monitorun diapazonunda 20 Qs-300 MQs tezlikli elektromaqnit şüalanması və ekrandakı statik elektrik yükü sayılır. Elektromaqnit şüalanması bütün istiqamətlərdə yayılır və yalnız istifadəçiyə deyil, həm də ətrafdakılara (monitordan 5 m aralıda olan) təsir göstərir. Yaxşı konstruksiyalı kompüter süzgəci (əgər yerlə əlaqələndirilirsə) elektrostatik sahəni xeyli azalda bilər. Personal kompüterlərinin işi havanın aeroion tərkibini pisləşdirir (yüngül aeroionlar azalır, ağır aeroionların sayı çoxalır). İşin başlanğıcından 2 saat sonra əmələ gələn baş ağrısı çox vaxt yüngül aerozolun çatışmazlığı ilə bağlıdır. Yoxlama aparılan kompüter otaqlarının 95%-dən çoxunda yüngül aeroionların çatışmazlığı müşahidə olunmuşdur. Kompüterdən istifadə zamanı insan aktiv seyirçi yükünə malik olur: o, displeydə şəklə baxır, konkret məlumatlar alır, simvolları, qrafikləri, tekstləri oxuyur və yerinə yetirdiyi iş üzrə qərar qəbul etmək üçün daima məşğuldur. Kompüter arxasında əyləşən şəxsin gözləri iş günü ərzində 15-20 min dəfə fokus axtarmalıdır. Ekranın parıltı titrəyişi, simvolun görünüşünün yaxşı olmaması, işıq ləkələrinin və təhriflərin olması, aydınlıqlı (parlaqlıqlı) kontrastlığın optimal qarşılıqlı nisbətindəki problemlər istifadəçinin gözlərində və beynində ciddi problemlər yaradır, bu isə seyrçi diskomfortuna, gözlərin sancmasına, 60-85% istifadəçinin görmə qabiliyyətinin pisləşməsinə səbəb olur.

Kompüter istifadəçiləri üçün sağlamlıqlarında bir sıra subyektiv şikayətlər səciyyəvidir. Bura gözlərin sancması, baş ağrısı, yüksək əsəbilik, yorğunluq, yaddaş pozğunluğu, yuxunun pozulması, saçın tökülməsi, dərinin quruluğu kimi hallar aiddir.

Şəhər həyatında həmçinin səs dalğalarının da hücumuna məruz qalırıq. Səs ürək-damar sistemi stresinin potensial faktoru sayılır. Aviasiya və nəqliyyat səsi həm gündüz, həs də gecə vaxtları bütün dünyada qəbul edildiyi kimi, qan təzyiqinə təsir göstərir. Böyük Britaniyada nəqliyyat səsinin təsiri qiymətləndirildikdə ürəyin işemiya xəstəliyi 66-77 dBA səviyyədə 1,1 təşkil edildiyi aşkar olunmuşdur. Alman alimlərinin «hadisə-nəzarət» metodu ilə apardığı tədqiqatlar göstərdi ki, 60-80 dBA səviyyəsində səs infarkt-miokardanın əmələ gəlməsi riskini yaradır. Magistral nəqliyyatının və aeroportun yüksək səviyyədə səsinin təsiri nəticəsində uşaqlarda sistoloji və diostoloji qan 349 təzyiqinin yüksəlməsi müəyyən edilmişdir. Bir sıra mənbələrdən yaranan səsin gündəlik təsiri fizioloji sistemlər bərpa olunduğu istirahət dövründə əhalinin sağlamlığına pis təsir göstərə bilər. Fasiləsiz yüksək səs qan təzyiqinin qalxmasına, ürək döyüntüsünün qısalmasına, qan damarlarının daralmasına, qanın əzələlərə, beyinə və digər orqanlara verilməsinin güclənməsinə səbəb olur. Səsin təsiri nəticəsində beyin maddələrində adrenalinin və noradrenalinin ayrılması arta bilər. Məlum olduğu kimi, adrenalin ürəyin fəaliyyətinə təsir göstərir, sərbəst turşu və qanın ayrılmasına şərait yaradır. İnsanda belə effektin yaranması üçün onun qısa müddət ərzində 60-70 dBA səviyyəsində səsə məruz qalması kifayət edir.

Göründüyü kimi elmi texniki tərəqqi həyatımızı yüngülləşdirməklə yanaşı bir sıra gözlə görünməyən ekoloji problemlər də yaradıb.Yeni insan, yeni dünya- yeni ekoloi mühit və yeni təsirlər deməkdir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »