Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təbiətin qadağaları insan vandallığına qarşıdır Yasaqlıq təbiətin ən qədim mühafizə forması hesab olunur
Böyük şəhərlərin səs-küyündən, qarışıqlığından, texnologiyanın verdiyi yorğunluqdan dincəlmək istəyəndə insanın ağlına gələn, getmək istədiyi ilk yer təbiət qoynu olur. İlin fəsillərindən asılı olmayaraq özünü gün düşməyən meşələrə, dəniz, çay sahillərinə, uca dağların qoynuna atmaq istəyirsən. Füsunkar təbiətimiz var. Uca-uca mənzrəli dağlara çıxmasan belə, Mil, Muğan düzənliyinin göz işlədikcə uzanan genişliyi insanı rahatladır, ciyər dolusu nəfəs alıb yenilənirsən, çiyinlərinə ağırlıq edən stresdən yükdən azad olursan. Ana təbiət dedik hər zaman. Amma ona hər zaman anaya göstərilən qayğıyla yanaşmadı insan. İnsan özünün təkamül prosesində qırdı, dağıtdı, parçaladı. Təbiətdə insanla bərabər hüquqda yaşamlı olan digər canlıları məhv etdi. Və bir gün ayılıb gördü ki, təbiətə vurduğu zərbə artıq onun özünə dəyən zərbədir. Oturduğu ağacı baltalayan insanın bir balta da özünə dəydi,o zaman məhv etdiklərini bərpa etmək və var olanı qorumaq üçün işə başladı.

Bütün dünya ekologiya problemlərinə diqqət yetirməyə hələ ötən yüzilliuyin ortalarından başlayıb. Elə o dövrlərdəAzərbaycanda da təbiət və ətraf mühitin qorunması yönündə dövlət səviyyəsində tədbirlər görülməyə başladı. Təbiət qoruqları və yasaqlıqlar yaradıldı. Xüsusi mühafizə olunan bu sahələrdə nəsli kəsilməkdə olan flora və fauna nəzarətə götürüldü. Ölkəmizdə ilk qoruqlar hələ ötən əsrin əvvələrində formalaşdırılmağa başlayıb.Göygöl qoruğu 1925, Zaqatala və Qızılağac qoruqları 1929, Hirkan qoruğu 1936-cı ildə yaradılıb.

Azərbaycanda 13 qoruq, 4 milli park və 16 yasaqlıq vardır. Onlar Azərbaycanın 5,3%-ni tutur. Qoruqlarda antropogen fəaliyyətə icazə verilmir, ərazidə olan bütün təbii landşaftlar qorunur və elmi təcrübə mərkəzi kimi istifadə edilir. Milli parklarda insanların istirahət etməsinə icazə verilir. Yasaqlıqda isə təbiətin bir və ya bir neçə komponenti mühafizə edilir və çoxaldılır. Yasaqlıqlarda bir sıra təsərrüfat işləri aparmaq olar.Azərbaycanda Zuvand, Şəki, Qubadlı, Laçın, Ordubad, Bərdə, Bəndovan, Qusar, Şəmkir, Korçay, Abşeron, Gil ada, Qarayazı, Qızılağac, Şirvan və Ağgöl yasaqlıqları mövcuddur.

Naxçıvanda Şahbuz dövlət qoruğu və Ordubad Milli parkı yaradılıb. Son illərdə Hirkan, Ağgöl, Şirvan və Ordubad dövlət qoruqları Milli parklara çevrilib.

Respublikanın düzən ərazisini əsasən Kür-Araz ovalığı tutur. O, respublika ərazisinin 4 1 - ni təşkil edir. Ovalıq Kür və Araz çayları ilə Şirvan, Qarabağ, Mil, Muğan və Səlyan düzlərinə ayrılır. Düzən ərazilərə həmçinin Samur-Dəvəçi və Lənkəran ovalıqları aiddir. Azərbaycanın coğrafi mövqeyi, relyefi və Xəzər dənizinin mövcudluğu burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlim tiplərinin formalaşmasına şərait yaradıb.

Yasaqlıq təbiətin ən qədim mühafizə forması hesab olunur. Qoruqdan fərqli olaraq yasaqlıqlar hansı təşkilatın ərazisində yerləşirsə həmin təşkilata baxır, məsələn, fermer, meşə təsərrüfatı və s. Yasaqlıqlar daimi və müvəqqəti (10 ilə qədər) ola bilər. Yasaqlıq ərazisində qoruq rejimi qoruqlara nisbətən zəif olur və orada elmi-tədqiqat işi aparılmır. Əgər qoruqlarda mütləq qoruma rejimi tətbiq olunursa, yasaqlıqlarda istirahət evləri, turist bazaları tikilir. Lakin hər bir istirahət edən və ya turist özünün yasaqlıqda olduğunu bilməli və onu əhatə edən təbiətlə ehtiyatla davranmalıdır. Yasaqlıqlarda ovetmə, balıq tutmaq, yer şumlama, meşə qırma işi, mal-qara otarma, giləmeyvə, göbələk yığma ya qismən icazə verilə bilər, yaxud da tamamilə qadağan olunur. Yasaqlıqda bütün təbiət kompleksi deyil, onun ayrı-ayrı komponentləri qorunur. Keçmiş SSRİ-də qiymətli və relikt bitki növlərini, landşaftı qorumaq üçün meşə, botaniki, zooloji, ornitoloji, balıqçılıq, ovçuluq, botaniki- geoloji və s. yasaqlıqlar yaradılmışdır. Yasaqlıqlar ərazisinə görə çox böyük olub iri təbiət kompleksini qorumaq üçün yaradıla bilər. O, ayrı- ayrı quş kaloniyası, qiymətli bitki sahəsi, qarışqa sahəsini qorumaq məqsədilə yaradıldıqda sahəsi çox kiçik ola bilər.

Ən iri yasaqlıq Alka-ata yasaqlığı olub sahəsi 800 min hektardır. Bir neçə misal gətirək. 1. Çelyabinski vilayətində kompleks «Karaqaysk bor» yasaqlığı. Sahəsi 16 min ha-dır. Burada sığın, tülkü, dovşan, Sibir xoruzu, tetra quşunun ovlanması qadağan olunur.

2. Litvanın şərqində kəpənək yasaqlığı. Burada məktəblilər sədəfli kəpənəklər kaloniyası müşahidə edərək Litva Akademiyasının Zoologiya institutuna xəbər vermiş və ora yasaqlıq elan edilmişdir.

3. Novqorod vilayətinin Okulov meşəçiliyində qarışqa yasaqlığı. 4. Qiymətli, relikt, nadir ağac, ot bitkilərindən ibarət meşə və bozqır sahələrində botanika yasaqlıqları vardır. Son vaxtlar müalicə otlarından ibarət yasaqlıqlar da yaradılmışdır. Burada müalicə otları ilin müəyyən vaxtlarında və yalnız xüsusi icazə ilə yığıla bilər.

5. Geoloji paleontoloji yasaqlıqlar nadir mağaralar, qazıntı flora və faunanın qalıqları, səthə çıxan dağ sü- xurları, qəribə qayalıq formaları və s.

Keçmiş SSRİ- ərazisində 3 mindən çox yasaqlıq olub sahəsi 20 mln hektara yaxındır.

Azərbaycanda Zuvand, Şəki, Qubadlı, Laçın, Ordubad, Bərdə, Bəndovan, Qusar, Şəmkir, Korçay, Abşeron, Gil ada, Qarayazı, Qızılağac, Şirvan və Ağgöl yasaqlıqları mövcuddur.

Şəki yasaqlığı Şəki yasaqlığı, Əyriçayın hövzəsində Yevlax-Şəki və Şəki-Oğuz şose yollarının arasında yerləşir. Yasaqlı- ğın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusən qırqovul və turacı, qonur ayı və qabanı qorumaqdır. Ərazidəki meşəliklərdə uzunsaplaq palıd, qızılağac, adi qoz və tut ağacı bitir. Çay dərələrində ağaclarla birlikdə yemişan, böyürtkan, əzgil, alça, sarmaşıqlar keçilməz cəngəlliklər yaradır. Burada şabalıdı, boz-qəhvəyi və qəhvəyi-meşə torpaqları yayılmışdır. Yasaqlıqda qonur ayı, qaban, canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, samur, meşə dələsi, sincab və b. heyvanlar, qırqovul, turac, meşə göyərçini, alabaxta, meşə cüllütü, bekas, bildirçin, boz kəklik, yaşılbaş ördək, cürələr, ağvağ, boz vağ və s. quşlar vardır.

İsmayıllı yasaqlığı 1969-cu ildə İsmayıllı, qismən Qəbələ rayonları ərazisində yaradılmışdır. Yasaqlıq şimaldan Böyük Qafqazın Baş silsiləsi, şərqdən Girdmançay, qərbdən Vəndamçay, cənubdan Qanıx-Həftaran vadisi ilə sərhədlənir, 3629 m yüksəkliyə qədərki ərazini əhatə edir. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşların qorunması və sayının artırılmasıdır. Sahəsi 34400ha-dır. Bitki örtüyü alp və subalp dağ-çəmən və meşə bitkiliyindən ibarətdir. Burada əsasən dağ-çəmən qonur və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Yasaqlıqda təkə, cüyür, maral, qaban, canavar, vaşaq, çaqqal, tülkü, porsuq, dovşan, dələ, meşə pişiyi, quş- lardan kəklik, qırqovul, turac, alabaxta, bildirçin, ular və s. vardır. Qusar yasaqlığı 1964-cü ildə Qusar rayonunda yaradılmışdır. Məqsəd buradakı bir sıra ov əhəmiyyətli heyvan və quşları qoruyub artırmaqdır. Samur və Qusar çaylarının arasında yerləşən yasaqlıq öndağ və alçaq dağlıq sahələri (Qusar düzü) əhatə edir. Ərazidə qaban, cüyür, canavar, çaqqal, meşə pişiyi, tülkü, dovşan, kəklik, qırqovul vardır.

Qızılca yasaqlığı 1984-cü ildə Gədəbəy rayonunda Qızılca meşəçiliyi sahəsində yaradılmışdır. Məqsəd ərazinin təbiət kompleksini qorumaqdır.

Zuvand yasaqlığı 1969-cu ildə Lerik və Yardımlı rayonları ərazisində 15 min ha sahədə yaradılmışdır. Lənkəran və Viləş çaylarının hövzəsinin yuxarı hissəsində, 1400-2500m yüksəklikdə yerləşir. Qoruğun yaradılmasında məqsəd dağ quru bozqır şəraitində bezoar keçisi və kəkliyin qorunmasıdır. Burada dağ şabalıdı torpaqlar yayılmışdır.

Qarayazı-Ağstafa yasaqlığı 1964-cü ildə Qarayazı meşələri sahəsində yaradılmışdır. Sahəsi 11970 ha-dır. Burada maral, qaban, qunduz, canavar, çaqqal, meşə pişiyi, tülkü, porsuq, dovşan, quşlardan qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, qaşqaldaq, göyərçin, hop-hop, ağacdələn, bildirçin və s. vardır.

Şəmkir yasaqlığı 1964-cü ildə Şəmkir rayonu ərazisində 10 min ha sahədə yaradılmışdır, məqsəd buradakı quşları və heyvanları, xüsusilə qaban, kəklik, turac, qırqovul, və ördəkləri qorumaqdır. Şəmkir su anbarının yaradılmasilə əlaqə- 359 dar sahəsinin 5 min ha-ya qədəri su akvatoriyasına çevrilmişdir. Yasaqlıqda tuqay və yarımsəhra bitki formasiyaları yayılmışdır. Torpaq örtüyü allüvial çəmən-meşə, adi və açıq şabalıdı torpaqlardan ibarətdir. Burada qaban, dovşan, canavar, çaqqal, tülkü, meşə pişiyi, quşlardan kəklik, turac, qırqovul, müxtəlif su quşları vardır.

Bərdə yasaqlığı 1966-cı ildə Bərdə və Ağdaş rayonları ərazisində 7500 ha sahədə yaradılmışdır. Yasaqlıq Kürün hər iki sahilində meşə sahəsini, Əyricə qırqovul yetişdirmə məntəqəsinin ərazisini və Kür çayının yatağını əhatə edir. Yasaqlığın yaradılmasında məqsəd Kürqırağı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. Ərazidə allüvial çəmən-meşə, boz-çəmən və qismən bataqlıq torpaqlar yayılmışdır. Burada qaban, çaqqal, tülkü, meşə pişiyi, qamışlıq pişiyi, porsuq, dovşan, meşə dələsi, qunduz və s. heyvanlar, qırqovul, turac, fitçi cücə, qırqovul məskunlaşıb.

Mətbuatdan tez-tez ərəb turistlərin Azərbaycan düzlərinə ova gəlməsi barəsində məlumatlar yer alır. ərəb turistlər xüsusən çöl quşlarının ovlanmasına maraq göstərirlər və özləri ilə xüsusi təlim görmüş şahinlər də gətirirlər.Uzun illər bu düzlərdə qorunan və nəsli tükənməkdə olan turac və qırqovul kimi təbiət gözəlləri yenidən təhlükə qarşısındadır. Safari turizminin böyük gəlir gətirən bir sahə olduğunu bilirik. Məhz elə bu münasibətlə ölkəmizdə də safari turizmi üçün yeni Şamaxı “Safari Park” yaradılıb. Ümid edirik ki, təbiətdən zövq almaq istəyən hər kəs dünyanın ən məşhur safari parklarında olduğu kimi çöllərimizə, düzlərimizə ova çıxanda əlinə tüfəng deyil, fotoaparat alacaq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »