Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaxarova: "Qarabağla bağlı üçtərəfli sazişlər aktual olaraq qalır"
Zaxarova: "Qarabağla bağlı üçtərəfli sazişlər aktual olaraq qalır"

"Qarabağ üzrə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlər toplusu aktual olaraq qalır".

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Bilirsiniz, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər aktual olaraq qalır. Rəsmi olaraq heç bir tərəf bu razılaşmalardan imtina etməyib”, - deyə Zaxarova Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasından sonra 9 noyabr 2020-ci il tarixli sazişlərin qüvvəsini itirdiyini söyləmək olarmı sualına cavab verib.

Aprelin 17-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məlumat verib ki, Azərbaycan və Rusiya rəhbərliyi Rusiya sülhməramlı kontingentinin Qarabağdan tezliklə çıxarılması barədə qərar qəbul edib. O qeyd edib ki, iki ölkənin müdafiə nazirlikləri bu qərarın icrası üçün müvafiq tədbirlər həyata keçirir.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 9-da imzaladığı bəyanata əsasən, Rusiya sülhməramlı kontingenti Qarabağa yerləşdirilib. Onun tərkibinə atıcı silahları olan 1960 hərbi qulluqçu, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika daxildir. Sülhməramlıların səlahiyyət müddəti beş il müddətinə müəyyən edilmişdir, əgər tərəflərdən hər hansı biri müddətin bitməsinə altı ay qalmış bu müddəanın tətbiqinə xitam vermək niyyətini bildirməzsə, avtomatik olaraq daha beş il müddətə uzadılır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »